Sevil Bünyatova (5 oktyabr 1989) — Azərbaycanı təmsil edən qılıncoynadan.
Sevil Bünyatova | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | |||||||||||
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Sevil Yaqut qızı Bünyatova | ||||||||||
Vətəndaşlığı |
![]() |
||||||||||
Doğum tarixi | (35 yaş) | ||||||||||
Doğum yeri | Rusiya | ||||||||||
Boyu | 168 sm. (5 ft 6 in) | ||||||||||
İdman növü | Qılıncoynatma | ||||||||||
Medallar
|
|||||||||||
![]() |
Sevil Bünyatova 1989-cu il oktyabrın 5-də Rusiyada anadan olub.[1] Əslən Əmircan qəsəbəsindəndir. Bacısı Sevinc Bünyatova da qılıncoynadandır.
Sevil Bünyatova 2015-ci ilin 12–28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün dördündə qalib gələn Sevil Bünyatova "F" qrupunu 2-ci sırada başa vurdu. Pley-off mərhələsində isə Sevil Bünyatova əvvəlcə təsnifat mərhələsində Polşa nümayəndəsi Maqdalena Pasternaya 15:4, sonra isə 1/8 final mərhələsində Rusiya nümayəndəsi Mariya Ridela 15:10 və 1/4 final mərhələsində Yunanıstan nümayəndəsi Vassili Vuqiuya 15:12 hesabları ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Fransa nümayəndəsi Marqu Rifissa 15:10 hesabı ilə qalib gələn Sevil Bünyatova turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Polşa nümayəndəsi Angelina Vator oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə rəqibinə 14:15 hesabı ilə məğlub olan Sevil Bünyatova I Avropa Oyunlarının gümüş medalına sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Sevil Yaqut qızı Bünyadova "Tərəqqi" medalı ilə təltif edildi.[2]
Sevil Bünyatova 2022-ci ildə Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.