. Love.az

Sevinc Eliyeva Aktrisa - Wikipedia - Love.az

Ana Səhifə - Sevinc Eliyeva Aktrisa
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Sevinc Əliyeva.

Sevinc Əliyeva (d. 15 yanvar 1965) — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı.

Sevinc Əliyeva
Sevinc Əli qızı Əliyeva
Doğum tarixi 15 yanvar 1965 (60 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20002000

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Ad və mükafat
  • 4 Teatroqrafiya
  • 5 Filmoqrafiya
  • 6 İstinadlar

Həyatı

redaktə

Sevinc Əli qızı Əliyeva 15 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

Fəaliyyəti

redaktə

Sevinc Əliyeva aktrisalıq fəaliyyətinə Dövlət Gənclər Teatrında başlayıb.

2000-ci ildə Akademik Milli Dram Teatrına[1] dəvət olunan aktrisa 2001-ci ildə teatrın artist heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində xarakterik obrazlar oynamışdır.

Ad və mükafat

redaktə
  • Əməkdar Artist (2000)
  • Prezident Mükafatı (30 aprel 2014)[2]

Teatroqrafiya

redaktə

Dövlət Gənclər Teatrı

  1. Qaranquş ("Əriməyən ürək" O.Vayld)
  2. Leyli ("Leyli və Məcnun"M.Füzuli)
  3. Zöhrə ("Dadaşbala əməliyyatı" R.Əlizadə)
  4. Ana ("Şəhidlər" R.Səməndər)
  5. Qurbanəli bəyin arvadı ("Qurbanəli bəy" C.Məmmədquluzadə)
  6. Məşədi Orucun anası ("Ölülər" C.Məmmədquluzadə)
  7. Ofelya ("Hamlet" V.Şekspir)
  8. Müxbir ("Varlı qadın" Ə.Əmirli)

Akademik Milli Dram Teatrı

  1. Reyhan ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev)
  2. Xanım ("Mənim ərim dəlidir" Elçin)
  3. Şölə xanım ("Lənkəran xanının vəziri" M.F.Axundov)
  4. Fahişə ("Kəllə" N.Hikmət)
  5. Xarmiana ("Misir gecələri" səhnə redaksiyasının müəllifi M.Fərzəlibəyov)
  6. 2-ci Arzu ("İkinci səs" B.Vahabzadə)
  7. Jujuna ("Kaş araba aşmayaydı" O.İoseliani)
  8. Qadın ("Keçmişdən zəng", Anatoli Krım)[1]
  9. Ceyran ("Vəsiyyət", Hüseynbala Mirələmov)

Filmoqrafiya

redaktə
  1. Halallıq (1991) (televiziya tamaşası)(rol: Ninka)
  2. Qara "Volqa" (film, 1994)(tammetrajlı bədii film)(rol: "Paxan"ın xidmətçisi)
  3. Olum, ya ölüm və ya hər şeyə baxmayaraq (film, 1994) (televiziya tamaşası)(rol: həkim)
  4. Mən sənin dayınam (film, 2001) (televiziya tamaşası)
  5. Son arzu (film, 2003)(qısametrajlı bədii televiziya filmi)
  6. Şans (film, 2004)(tammetrajlı bədii televiziya filmi)(rol: Qəmzə)
  7. Milçək (film, 2006)(tammetrajlı bədii film)(rol: hamilə qadın)
  8. Adam ol 3 (film, 2007)(bədii serial)
  9. Bir dəfə Qafqazda (film, 2007)(tammetrajlı bədii film)(rol: Fazilin arvadı)
  10. Gürzə (film, 2008) (bədii serial)[1]
  11. 2 (film, 2009) (qısametrajlı bədii film) (filmi səsləndirən)
  12. Qız yükü (bədii serial)[1]
  13. Həkimlər (bədii serial)[1]
  14. Ünvansız eşq (bədii serial)[1]

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ 1 2 3 4 5 6 İntiqam Valehoğlu. "Sevinc Əliyevayla "Keçmişdən zəng" tamaşası ilə bağlı müsahibə" (az.). Publika.az. 4 fevral 2015. 2018-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-23.
  2. ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sevinc_Əliyeva_(aktrisa)&oldid=7622389"
LOVE.AZ