. Love.az

Sevinc Hesenova - Wikipedia - Love.az

Ana Səhifə - Sevinc Hesenova
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Sevinc Telman qızı Həsənova (15 mart 1971) — Azərbaycan iqtisadçısı, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri (2024-cü ildən), Azərbaycan Respublikası iqtisadiyyat nazirinin sabiq müavini.

Sevinc Həsənova
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
30 yanvar 2016 – 20 noyabr 2023
NazirŞahin Mustafayev
Mikayıl Cabbarov
Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
13 mart 2014 – 15 yanvar 2016
NazirŞahin Mustafayev
Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini
6 iyul 2006 – 22 oktyabr 2013
NazirHeydər Babayev
Şahin Mustafayev
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1971(1971-03-15) (54 yaş)
Fəaliyyəti dövlət xadimi

Həyatı

redaktə

Sevinc Həsənova 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakültəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.[1]

1993–2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçivənin müəyyən olunması üzrə komissiyanın sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-18.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sevinc_Həsənova&oldid=7985754"
LOVE.AZ