Qəniyev Seyfəddin Həmzə oğlu (28 mart 1952, Şamaxı rayonu – 16 yanvar 2023) — Azərbaycan folklorşünası, filologiya elmləri doktoru, professor.
Seyfəddin Qəniyev | |
---|---|
Seyfəddin Həmzə oğlu Qəniyev | |
![]() | |
Doğum tarixi | 28 mart 1952(1952-03-28) |
Doğum yeri | Dağ Kolanı, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 16 yanvar 2023(2023-01-16) (70 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | ADPU Filologiya fakültəsi |
Mükafatları |
![]() |
Seyfəddin Qəniyev 28 mart 1952-ci ildə Şamaxı rayonunun Dağ Kolanı kəndində anadan olmuşdur. Poladlı kənd 8 illik və Nərimankənd orta məktəbini tərifnamə ilə, ADPİ-nin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin institutun aspiranturasında təhsil almışdır. Şamaxı rayonunun Göylər kənd məktəbində ixtisasına uyğun müəllim işləmişdir. İşlədiyi müddətdə "metodist müəllim", SSRİ Maarif əlaçısı adlarına layiq görülmüşdür. Azərbaycan müəllimlərinin dördüncü qurultayının nümayəndəsi olmuşdur.
"M. F. Axundovun "Kəmalüddövlə məktubları" əsərinin bədii metod və janr xüsusiyyətləri" mövzusunda namizədlik, "Azərbaycan folklorunun regional özunəməxsusluğu — Şirvan folklor mühiti" mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. 40 kitab (monoqrafiya toplu, metodik tövsiyə), 120-dən çox tezis və məqalənin müəllifidir. AMEA Folklor İnstitunda fəaliyyət göstərən müdafiə şurasının üzvüdur.
Hazırda AMİ-nin Şamaxı filialı direktorunun tədris və elmi işlər üzrə müavini vəzifəsində çalışır[1].
Respublika Yazıçılar və Aşıqlar Birliyinin üzvüdür. O, müqəddəs Həcc və Kərbəla ziyarətlərində olmuşdur.
Hazırda Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında kafedra müdiri vəzifəsində çalışır.
Ailəlidir, dörd övladı var.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2009-cu ildə "Tərəqqi medalı" ilə təltif olunmuşdur.
Vikikitabda Seyfəddin Qəniyev/Biblioqrafiya mövzusuna dair mətn var. |