. Love.az

Seyfel Mulk Opera - Wikipedia - Love.az

Ana Səhifə - Seyfel Mulk Opera

Seyfəl-mülk ― 1915-ci ildə Məşədi Cəmil Əmirov tərəfindən yazılmış opera.[1] Librettosu Mirzə Əbdülqədir Vüsaqi tərəfindən yazılıb.[2] Opera ilk dəfə 1915-ci ildə Gəncədə nümayiş etdirilib. Bir il sonra isə Tiflisdə Tiflis Opera Teatrında Sidqi Ruhullanın rejissorluğu ilə səhnəyə qoyulub.[3] Burada rolları, Məcid Behbudov, Bülbül[4] və Malıbəyli Həmid və digərləri ifa ediblər. Həmin dövrün afişalarına əsasən operanın dirijoru Məşədi Cəmil Əmirov olub. 1916-cı il ərzində opera təkcə Tiflisdə yox eləcə də Qafqazın digər şəhərlərində də səhnəyə qoyulub.

Seyfəl-mülk
Bəstəkar Məşədi Cəmil Əmirov
Librettoçu Mirzə Əbdülqədir Vüsaqi
Dili azərbaycanca
Yaradılma tarixi 1915
İlk səhnələşdirmə 1915
Gəncə
Premyera 1915
Bakı

Həmçinin bax

redaktə
  • Şah İsmayıl

İstinadlar

redaktə
  1. ↑ Səadət Təhmirazqızı. "Musiqimizin böyük dayağı: Fikrət Əmirov" (az.). medeniyyet.az. 24.11.2010. 02.06.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.10.2021.
  2. ↑ Fazil Rəhmanzadə. Дар судьбы / Tale töhfəsi. Bakı: Yazıçı nəşriyyatı. 1990. səh. 88. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.
  3. ↑ "Keçmişin səhifələri". Musiqi dünyası. 1, 2. 2002. Archived from the original on 2018-02-25. İstifadə tarixi: 2021-10-15.
  4. ↑ ""Bizim Bülbül - dünyanın bülbülü"" (az.). anl.az. 25.02.2015. 13.02.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.10.2021.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Seyfəl-mülk_(opera)&oldid=6682496"
LOVE.AZ