. Love.az

Seyfi Mehreliyev - Wikipedia - Love.az

Ana Səhifə - Seyfi Mehreliyev

Seyfi Seyid oğlu Mehrəliyev (1900, Dəli Quşçu, Göyçay qəzası – 8 mart 1977, Dəli Quşçu, Zərdab rayonu) — Sosialist Əməyi Qəhrəmanı.

Seyfi Mehrəliyev
Seyfi Seyid oğlu Mehrəliyev
Doğum tarixi 1900
Doğum yeri Dəli Quşçu, Göyçay qəzası, Bakı quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası
Vəfat tarixi 8 mart 1977
Vəfat yeri Dəli Quşçu, Zərdab rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan AXC→
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni

Həyatı

redaktə

1900-cü ildə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuşdur.[1]

1931-ci ildən 1971-ci ilədək Dəli Quşçu kəndində, o vaxtkı "Bakı fəhləsi" kolxozunda sıravi kolxozçu, çoban və briqadir işləmişdir.

1941–1945-ci illər müharibəsi dövründə gecə-gündüz çöllərdə çalışmış, faşizm üzərində qələbə naminə hər cür əziyyət çəkmiş, fədakarlıqlar göstərmiş, döyüşən ordunun ərzaq və geyimlə təchiz olunmasına böyük töhfələr vermişdir.

1977-ci il martın 8-də Dəli Quşçu kəndində vəfat etmişdir.

Mükafatları

redaktə

1948-ci ildə qoyunçuluq sahəsində qazandığı çox yüksək nəticələrə və heyvandarlıq sahəsində göstərdiyi bacarıq və qabiliyyətə görə Seyfi Mehrəliyev 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. O, əmək cəbhəsində fədakarlığına görə Lenin ordeni və çoxlu medallarla da təltif edilmişdir.

1971-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur.

İstinadlar

redaktə
  1. ↑ "Sosialist Əməyi Qəhrəmanı, həmyerlimiz Seyfi Mehrəliyev". 2016-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Seyfi_Mehrəliyev&oldid=7968051"
LOVE.AZ