. Love.az

Seyfulla Esedullayev - Wikipedia - Love.az

Ana Səhifə - Seyfulla Esedullayev

Seyfulla Qüdrət oğlu Əsədullayev (19 iyun 1924, Ərçivan – 28 iyul 2011, Bakı) — ədəbiyyatşünas, əməkdar elm xadimi.

Seyfulla Əsədullayev
tal. Әсәдуллајев Сејфулла Ғодрәти зоә
Doğum tarixi 19 iyun 1924(1924-06-19)
Doğum yeri
  • Ərçivan, Azərbaycan
Vəfat tarixi 28 iyul 2011(2011-07-28) (87 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Təhsili
  • Azərbaycan Dövlət Müəllimlər İnstitutu (–1949),
  • Azərbaycan Dövlət Pedaqoji İnstitutu (–1951),
  • Moskva Dövlət Universiteti
Fəaliyyəti ədəbiyyatşünas, yazıçı, pedaqoq
Əsərlərinin dili talış dili, Azərbaycan dili, rus dili
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi
Mükafatları 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar elm xadimi

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltifləri
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Seyfulla Qüdrət oğlu Əsədullayev 1924-cü ildə anadan olmuşdur. 1942–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir.[1] 1947–1949-cu illərdə Bakı Slavyan Universitetində təhsil almışdır. 1951-ci ildə ADPU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1956–1959-cu illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində Filologiya fakültəsinin Rus sovet ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuşdur. 1959–1966-cı illərdə Azərbaycan Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, dekan müavini, fakültə dekanı vəzifələrində çalışmışdır.

1959-cu ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə professor elmi adı almışdır.

1966-cı ildən BDU-da kafedra müdiri vəzifəsində işləmişdir (Rus ədəbiyyatı tarixi kafedrası (1967–1984); Müasir rus ədəbiyyatı kafedrası (1984–2011). Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq Ədəbi Tənqidçilər İttifaqının üzvü olmuşdur.

O, rus ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi və rus-Azərbaycan ədəbi əlaqələrini tədqiq etmişdir.

20 monoqrafiya, 2 kitab və 500-dən artıq ədəbi-tənqidi məqalənin müəllifidir. Rəhbərliyi ilə 26 elmlər namizədi, 11 elmlər doktoru hazırlanmışdır.

Təltifləri

redaktə

Əməkdar elm xadimi adına və "Şöhrət" ordeninə layiq görülmüşdür.

İstinadlar

redaktə
  1. ↑ "ƏSƏDULLAYEV SEYFULLA QÜDRƏT OĞLU" (PDF). http://bsu.az/ (az.). 2023-09-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-02.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Seyfulla_Əsədullayev&oldid=7837424"
LOVE.AZ