. Love.az

Seyfulla Ezimov - Wikipedia - Love.az

Ana Səhifə - Seyfulla Ezimov

Seyfulla Səttar oğlu Əzimov (1970, Yuxarı Daşarx, İliç rayonu) — polis general-leytenantı, Daxili işlər nazirinin birinci müavini, Milli koordinator.[1]

Seyfulla Əzimov
Azərbaycanın daxili işlər nazirinin birinci müavini
Vəzifədədir
5 iyul 2019-cu ildən
NazirVilayət Eyvazov
ƏvvəlkiVilayət Eyvazov
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi
4 noyabr 2014 – 5 iyul 2019
ƏvvəlkiMirqafar Seyidov
SonrakıƏbülfət Rzayev
Şəxsi məlumatlar
Doğum tarixi 1970
Doğum yeri
  • Yuxarı Daşarx, İliç rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Rütbəsi
Polis general-leytenantı

Təltifləri "Vətən uğrunda" medalı — 20122012 "İgidliyə görə" medalı — 20182018

Həyatı

redaktə

Seyfulla Əzimov 1970-ci ildə anadan olmuşdur. Daxili İşlər Nazirliyinin Azərbaycan Polis Akademiyasını bitirib.

Fəaliyyəti

redaktə

Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləmişdir.

2014-cü ilin noyabrın 4-dən DİN-in ən mühüm baş idarələrindən birinin – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tutmuşdur.

Seyfulla Əzimov 5 iyul 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.[2]

İstinadlar

redaktə
  1. ↑ "General Seyfulla Əzimov nazirin birinci müavini təyin edildi". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-06.
  2. ↑ "Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov". 2019-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-06.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Seyfulla_Əzimov&oldid=7615823"
LOVE.AZ