. Love.az

Seyidsah Memmedov - Wikipedia - Love.az

Ana Səhifə - Seyidsah Memmedov

Seyidşah Məmmədov (tam adı: Seyidşah Qəmli oğlu Məmmədov; 14 aprel 1968, Quba) — aktyor.

Seyidşah Məmmədov
Seyidşah Qəmli oğlu Məmmədov
Doğum tarixi 14 aprel 1968 (57 yaş)
Doğum yeri Nügədi, Quba rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor

Həyatı

redaktə

Seyidşah Qəmli oğlu Məmmədov 14 aprel 1968-ci ildə Qubanın Nügədi kəndində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Bir çox Beynəlxalq teatr festivalında iştirak etmişdir. Bu illər ərzində 30-dan çox rollar oynamış, bədii film və televiziya tamaşlarında iştirak etmişdir. S.Məmmədov 2002-ci ildə “Əməkdar Artist” fəxri adına layiq görülmüşdür.

Bir neçə film, serial, reklam və kliplərdə çəkilmişdir. Evlidir.

Əsas rolları

redaktə
  1. Aparıcı — ("Məkkəyə gedən yol", C.Məmmədquluzadə)
  2. İfrit — ("İfritin kələyi", Y.Şvarts)
  3. Müsyö Jordan — ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundov)
  4. Fokt — ("Hekayəti-Xırsi-quldurbasan", M.F.Axundov)
  5. Qırıntı — ("Sən məni atmazsan ki...", C.Steynbek)
  6. Brabansio — ("Otello", V.Şekspir)
  7. Firs — ("Albalı bağı", A.P.Çexov)
  8. Estereqon — ("Qodo həsrətində", S.Bekket)
  9. Jeront — ("Skapenin kələyi", J.B.Molyer)
  10. Tərki dünya — ("Ruh", K.Abdulla)
  11. Brak — ("Qedda Qabler", H.İbsen)
  12. Qara — ("Axırıncı qatar, yaxud itlər", İ.Fəhmi, O.Kazımi)
  13. Hacı Salah, oyunçu — ("Sərgüzəşti vəziri Xani Lənkəran", M.F.Axundzadə)
  14. Kirayənişin — ("Ağ gecələr", F.Dostoyevski)
  15. Prezident — ("Məkr və məhəbbət", F.Şiller)
  16. Terezi — ("Şah Edip", Sofokl)
  17. Dövlət bəy — ("Aydın", C.Cabbarlı)
  18. Platon — ("Şeyx Sənan", H.Cavid)
  19. Mister Braunlou — ("Oliver Tvistin macəraları", Ç.Dikkens)
  20. Ata — ("Göyçək Fatma", Azərbaycan xalq nağılı)
  21. Kapuletti — ("Romeo və Cülyetta", U.Şekspir)
  22. Nikola — ("Don Rafael trambonçu", Peppino De Filippo)
  23. Loğman — ("Əlincə qalası", Dilsuz)
  24. Əlləz — ("Qaraca qız", S.S.Axundov, A.Şaiq)
  25. Karlo ata — ("Buratinonun macəraları", A.Tolstoy)
  26. Françesko, Nikola — ("İtalyansayağı xoşbəxtlik", D.Fo, P.Filippo)

Filmoqrafiya

redaktə
  1. Bir anın həqiqəti (film, 2003)
  2. Cavad xan (film, 2009)
  3. Muradına çatan Günəş
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Seyidşah_Məmmədov&oldid=7812260"
LOVE.AZ