. Love.az

Seyid Susinskinin Evi - Wikipedia - Love.az

Ana Səhifə - Seyid Susinskinin Evi

Seyid Şuşinskinin evi — Şuşa şəhərində XIX əsrdə tikilmiş yaşayış evi. Seyidli məhəlləsində yerləşir. XIX əsrin memarlıq abidəsidir. Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi, Azərbaycan SSR xalq artisti (1956) Seyid Şuşinskinin yaşadığı ev. 1992-ci ildə Şuşa şəhəri işğala məruz qalandan sonra dağıdılmışdır.

Seyid Şuşinskinin evi
Xəritə
39°45′21″ şm. e. 46°45′20″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Şuşa şəhəri, General Y.Quliyev küçəsi
Aidiyyatı Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XIX əsr
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti yararsız vəziyyətdə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

Seyid Şuşinskinin evi Şuşa şəhərində Seyidli məhəlləsində yerləşir.[1] Bina XIX əsrin memarlıq abidəsidir. Seyid Şuşinski (12 aprel 1889, Horadiz, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası – 1 noyabr 1965, Horadiz, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935) və Azərbaycan xanəndəlik sənətinin tanınmış nümayəndələrindən biri olub.[2] Seyid Şuşinskinin evi bir mərtəbəli olub, dörd otaqdan ibarət idi.

Yaşayış binası Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılmışdır.[3] Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilmişdir. Yaşayış evinin qalıqları hazırda general Yaqub Quliyev küçəsində yerləşir.

İstinadlar

redaktə
  1. ↑ Cabbar Qaryağdıoğlunun yaşadığı Şuşanın Seyidli məhəlləsindən FOTOREPORTAJ VİDEO
  2. ↑ ""Şuşa mədəniyyətinin inciləri": Seyid Şuşinski". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
  3. ↑ "ERMƏNİ VANDALİZMİ: Əsirlikdə olan Azərbaycan abidələri". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.

Həmçinin bax

redaktə
  • Şuşa abidələri
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Seyid_Şuşinskinin_evi&oldid=6682511"
LOVE.AZ