Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Seyid Əhməd Arvasi (15 fevral 1932 – 31 dekabr 1988)—türk sosiloqu, etnoqrafı, pedaqoqu və yazıçısı.
Seyid Əhməd Arvasi | |
---|---|
türk. Seyyid Ahmet Arvâsî | |
Doğum tarixi | |
Doğum yeri |
Ağrı![]() |
Vəfat tarixi | (56 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, yazıçı |
Seyid Əhməd Arvasi 1932-ci ildə Ağrının Doğubeyazıt mahalında doğulub. Ailə tərəfindən Vanın Baxçasaray (Müküs) qəsəbəsinə bağlı Doğanyayla (Arvas) kəndindəndir Mühitlərində bu kəndin adına görə "Arvasilər" kimi tanınıblar. Soyadı qanunu çıxdıqdan sonra kəndlərinin adı soyadları oldu. Atası Abdülhakim Arvasidir. 1952-ci ildə Ərzurum Müəllim məktəbindən məzun olub. Bir müddət ibtidai məktəb müəllimliyi etdi. 1958-ci ildə Qazi Təhsil İnstitutu Pedaqogika fakültəsindən məzun olub. Balıkesir və İstanbuldakı Təhsil İnstitutlarında müəllimlik edib. 1979-cu ildə təqaüdə çıxıb. Eyni il Milliyyətçi Hərəkət Partiyası (MHP) Ümumi İdarə heyətinə seçilərək, bu partiyadakı vəzifəsinə 12 sentyabr 1980-ci tarixində baş verən dövlət çevrilişinə kimi davam edib. MHP — dən İstanbul senatorluğuna namizəd olub. "Hər gün" qəzetində, "Türk-İslam ülküsü" başlığı ilə gündəlik məqalələr yazıb. 12 sentyabr çevrilişindən sonra, MHP və ülkücü təşkilatlara görə mühakimə olunub. Mamak Həbsxanasında işgəncə görüb. Həbsdən azad olunduqdan sonra idealist qəzet və jurnallarda yazılar yazıb. Türkiyə qəzetində "Həsbihal" başlığı ilə məqalələri nəşr edilib. 56 illik ömürünün hər dövründə dayanmadan yazıb. 31 dekabr 1988-ci ildə İstanbul Erenköydəki evində vəfat edib.