Hicri 802-ci ilin qışında (noyabr 1399 –fevral 1400) Əmir Teymur Qarabağda qışlayan ordusunun 30%-ni götürüb Ağ su dərəsinə – Əmir Xəmşanın üzərinə, ilğar (çevik hücum) edərkən Kür çayını keçdikdə Şirvanşah Şeyx İbrahim və Şəki hökmdarı Seyid Əhməd də oz qoşunları ilə bu ilğara qoşulmuşlar[1].
↑İlğarçılar Şəkinin tən ortasından keçib Ağ su dərəsinə qədər irəlilədilər, 1 aya yaxın müddət ərzində "hər kim tapılmış oldu, aman tapmadı və hər kim aşkara çıxdı, aşkarda qalmadı, ziyankarlıq məqsədilə tənəkləri "məhv etdilər və digər ağacların bəzisıni kəsdilər və bəzisinin qabığını soydular", lakin Əmir Xəmşanı tuta bilmədilər " və elə ki neçə gün müddət keçib və bu vasitə ilə ləşgərlər üçün azuqə tapa bilmədilər və atlar üçün ağac qabıqlarından qeyri yemək qalmadı, beləcə, dördayaqlılardan çoxu tələf oldu" geri qayıtmağa məcbur oldular.