. Love.az

Seyid Esedulla Xerqani - Wikipedia - Love.az

Ana Səhifə - Seyid Esedulla Xerqani

Seyid Əsədulla Xərqani (d. 1838 - ö. ?) — müctəhid.

Seyid Əsədulla Xərqani
Doğum tarixi 22 dekabr 1838
Doğum yeri Şiznəd, Qəzvin
Vəfat tarixi 2 fevral 1936(1936-02-02) (97 yaşında)
Fəaliyyəti din xadimi

Həyatı

redaktə

Seyid Əsədulla Mir Səlami 1838-ci ildə Qəzvinin Şiznəd kəndində anadan olmuşdu. Əslən Xərqanın Mir Səlami seyidlərindəndir. Musəvi kökənlidir. Atası Seyid Zeynalabdin ibn Seyid İsmayıl bin Seyid Həsənxandır.Babaları Qəzvinə Marağa şəhərindən köçmüşdülər. Marağalı Mir Səlam bu silsilənin kökündə dayanır.Mir Səlam Səfəvi sultanlarının yaxını idi.

Seyid Əsədulla Xərqani 15 yaşında Qəzvinə gələrək dini təhsilə yiyələnmişdi. 1858-ci ildən 1860-cı ilədək Tehran şəhərində mədrəsədə ali təhsil almışdı.Mirzə Əbülhəsən Cilvənin şagirdlərindən idi.

Seyid Əsədulla Xərqani nadir ruhanilərdən idi ki, fransız dilini də bilirdi.

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Seyid_Əsədulla_Xərqani&oldid=6220660"
LOVE.AZ