. Love.az

Seyid Abbas Eraqci - Wikipedia - Love.az

Ana Səhifə - Seyid Abbas Eraqci

Seyid Abbas Əraqçi (fars. سید عباس عراقچی‎; 5 dekabr 1962, Tehran) — İran dövlət xadimi və siyasətçi. İran İslam Respublikasının Xarici İşlər Naziri (2024). Beynəlxalq əlaqələr üzrə elmləri namizədi.

Seyid Abbas Əraqçi
fars. عباس عراقچی‎
İranın xarici işlər naziri
Vəzifədədir
21 avqust 2024-cü ildən
ƏvvəlkiƏli Bağeri[d]
nazir müavini
2017 – 2021
SonrakıƏli Bağeri[d]
İran Xarici İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Media Mərkəzinin rəhbəri
11 may – 30 avqust 2013
SonrakıMərziyə Afham
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1962(1962-12-05) (62 yaş)
Doğum yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Təhsili
  • Tehran Universiteti
Fəaliyyəti diplomat, siyasətçi

Təltifləri Order of the Rising Sun, Gold and Silver Star (Yaponiya)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Əraqçi 1962-ci ildə Tehranda anadan olub. O, Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər Məktəbinin fakültəsinin beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsinə, İslami Azad Universitetinin siyasi elmlər üzrə magistr dərəcəsinə və Kent Universitetində siyasi fikir üzrə doktorluq dərəcəsinə malikdir. Əraqçi 1989-cu ildə diplomatik xidmətə başlayıb. O, 1990-cı illərin əvvəllərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İran İslam Respublikasının İslam Konfransı Təşkilatı yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili, Finlandiya (1999–2003) və Yaponiyada (2007–2011) səfir vəzifələrində çalışıb. Səfir olmamışdan əvvəl Əraqçı Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun (IPIS) baş direktoru vəzifəsində çalışıb. 2004–2005-ci illərdə Beynəlxalq Münasibətlər Məktəbinin rektoru olub.[1]

Həmçinin bax

redaktə
  • Xarici İşlər Nazirliyi (İran)
  • Seyid Abbas Musəvi

İstinadlar

redaktə
  1. ↑ İran XİN-in yeni rəhbəri. Tarix: 18.10.2024
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Seyid_Abbas_Əraqçi&oldid=7849849"
LOVE.AZ