Seyidkənd — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.[1]
Kənd | |
Seyidkənd | |
---|---|
Ölkə |
![]() |
Region | Zəngibasar mahalı |
Rayon | Zəngibasar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Rayon mərkəzindən 810 km cənub-qərbdə yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Kəndin bir adı «Qarapapaq kəndi» olmuşdur[2]. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim seyid etnonimi ilə[4] kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlib «seyid tayfasının yaşadığı kənd» deməkdir. Etnotoponimdir. Mürəkkəb quruluşlu toponimdir.
Kənddə 1831-ci ildə 130 nəfər, 1873 - cü ildə 345 nəfər, 1886-cı ildə 346 nəfər, 1897-ci ildə 483 nəfər, 1904 - cü ildə 410 nəfər, 1914 - cü ildə 705 nəfər yalnız azərbaycanlı yaşamışdır[5].
1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar ata yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 99 nəər, 1926-cı ildə 131 nəfər, 1931-ci ildə 118 nəfər azərbaycanlı yaşamışdır[5].
SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-1949 - cu illərdə kəndin əhalisi zorla Azərbaycana köçürülmüşdür. 1952-cı ildə geri qayıdıb rayondakı Kalinin adına qəsəbədə yaşamışlar. 1988-ci ildə Ermənistan dövləti tərəfindən tamamilə deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.