. Love.az

Seyidqislaq - Wikipedia - Love.az

Ana Səhifə - Seyidqislaq
Bu adın digər istifadə formaları üçün bax: Qışlaq.

Seyidqışlaq — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Seyidqışlaq kəndi Bunud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Seyidqışlaq kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Seyidqışlaq
40°55′09″ şm. e. 47°55′38″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 627 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Seyidqışlaq xəritədə
Seyidqışlaq
Seyidqışlaq

Mündəricat

  • 1 Toponimikası
  • 2 Coğrafiyası və iqlimi
  • 3 Əhalisi
  • 4 İqtisadiyyatı
  • 5 Təhsil
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Toponimikası

redaktə

Kəndin ərazisi Vəndam kəndinə məxsus qışlaq olmuşdur. Sonralar həmin kənddən çıxan ailələr Seyidqışlaq adlanan bu qışlaqda məskunlaşmışlar. Oykonim "Seyidin qışlağı" mənasmdadır.[2]

Seyidqışlaq şəxs adlarını bildirən toponimlərdən hesab edilir və ilk dəfə yaşayış yerini binə edən insanın adını daşıyır. Vəndamda Seyidə məxsus qışlaq yerində yaranmış kənddir.[3]

Coğrafiyası və iqlimi

redaktə

Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 522 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı

redaktə

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq və bağçılıq təşkil edir.[3]

Təhsil

redaktə

Kənddə ümumi orta məktəb mövcuddur.

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-14.
  2. ↑ Seyidqışlaq // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. ↑ 1 2 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  4. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax

redaktə
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Seyidqışlaq&oldid=8143462"
LOVE.AZ