Shōsetsuka ni Narō (小説家になろう?, azərb. Gəlin romançı olaq) — Yusuke Umezaki tərəfindən yaradılmış istifadəçi məzmunlu veb-roman saytı. 2 aprel 2004-cü ildə açılmışdır. İstifadəçilər öz romanlarını bu sayta pulsuz yükləyə və digər romanları pulsuz oxuya bilərlər. Saytın 590.000-dən çox romanı və 1,3 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi var. Hər ay sayt 1 milyardan çox səhifə baxışı alır.[2]
Shōsetsuka ni Narō | |
---|---|
![]() | |
![]() | |
URL | syosetu.com |
Kommersiya | Bəli |
Tipi | istifadəçi məzmunlu |
Qeydiyyat | vacib |
Dilləri | yapon |
İstifadəçi sayı | 1.345.014+ |
Müəllif (lər) | Yusuke Umezaki |
Açılma tarixi | 2 aprel 2004 (21 il əvvəl) (2004-04-02) |
Hazırkı statusu | onlayn |
Şüar | Gəlin romançı olaq |
Alexa reytinqi | ▼ 1503 (iyul 2018)[1] |
Bu sayta yüklənmiş 100-dən çox roman seriyası müxtəlif nəşriyyatlar tərəfindən nəşr olunmuşdur. Bu veb-romanlar arasında ən məşhurları 2011-ci ildə Enterbrain tərəfindən nəşr olunana qədər 2010–2011-ci ildə bu saytda yayımlanmış "Log Horizon",[3] Dengeki Bunko tərəfindən nəşr olunana qədər 2008–2011-ci illərdə bu saytda yayımlanmış "The Irregular at Magic High School"[4] və Media Factory tərəfindən nəşr olunana qədər bu saytda yayımlanmış "Re:Zero -Starting Life in Another World-"-dur.[5]
Futabasha nəşriyyatı 20 iyul 2014-cü ildə Monster Bunko ranobe imprintini qurmuşdur. Bu imprint ancaq bu saytda yayımlanmış romanları nəşr edir.