Sibir zümrüdçiçəyi (lat. Scilla siberica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinə aid bitki növü.
Sibir zümrüdçiçəyi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Sibir zümrüdçiçəyi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Sallaq, mavi, bəzən ağ rəngdə çiçəkləri olan çoxillik bitkidir. Bu növ 1796-cı ildən gülçülükdə istifadə olunur. Çox rütubətli şəraitdə yaxşı bitir. Onu adətən gölməçələrin yaxınlığında əkirlər. Bitkini otaq şəraitində də yetişdirmək olar. Pionların açılmamış yarpaqlarının yanında özəl görünür. Soğanağı yumurtavari və ya kürəvari-yumurtavari, 2 sm uzunluqda və 1,5-2 sm enində, tünd qonur və ya tünd qəhvəyi qınlarla örtülmüşdür. Gövdəsi basılmış, hündürlüyü 30 sm, bir soğanaqdan 1-4 sayda gövdə çıxır. Yarpaqları 2-4 ədəd, yaşıl, enlixətvari, 10-20 mm enindədir, əsasa doğru daralan, üst tərəfdə qapaqlıdır. Çiçəkləri xırda ağ çiçəkaltlıqları ilə, aydın olmayan mavi və ya göy rəngli azçiçəkli salxımdadır. Çiçəksaplaqları çiçəklərə bərabər və ya ondan qısadır. Çiçəkyanlığın yarpaqcıqları 12-13 mm uzunluqda, uzunsov-xətvari, kütdür. Erkəkciklər 2 dəfə çiçəkyanlığından qısadır, göy tozluqludur. Meyvə kürəvari qutucuqdur.
Böyük Qafqazın qərbi və şərqində, Quba sahəsinin rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Meşələrdə, meşə kənarında və kolluqlarda bitir.