. Love.az

Sikkevari Zirinc - Wikipedia - Love.az

Ana Səhifə - Sikkevari Zirinc

Sikkəvari zirinc (lat. Berberis nummularia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Sikkəvari zirinc
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Dəstə:
Qaymaqçiçəklilər
Fəsilə:
Zirinckimilər
Cins:
Zirinc
Növ:
Sikkəvari zirinc
Beynəlxalq elmi adı
  • Berberis nummularia Bunge, 1843
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  1439896
EOL  2880085

Mündəricat

  • 1 Təbii yayılması
  • 2 Botaniki təsviri
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Təbii yayılması

redaktə

Təbiətdə növün arealı Orta Asiyanı (Tyan-Şan,Pamir-Alay), Özbəkistanı və İranı əhatə edir. Yaqnoba çayından təsvir edilmişdir.

Botaniki təsviri

redaktə

Hündürlüyü 4 m-dək, çox budaqlıdır, budaqları qonur və ya al qırmızıdır, cavanlıqda göyümtül olub, iynələri üç yerə bölünmüş və ya sadədir. Çətiri enli, şaxələnmiş, əyilmiş budaqlıdır. Qabığı cavanlıqda göyümtül, sonradan qonurdur. Yarpaqları dərili, təxminən yumru, uzunluğu 3-4 sm-dək, eni 3 sm-dək, kənarları bütöv və ya yuxarı hissəsi bir az dişli, ucunda iynəli, bünövrəsi pazşəkilli-daralmışdır. İynələri sadə və ya üçhissəlidir. Payızda al-qırmızı-narıncıdır. Çiçəklərin uzunluğu 0,3-0,6 sm, parlaq sarı rəngli olub, 20 ədədi və ya daha çox salxımlarda yerləşir. Kasa-yarpaqları və ləçəkləri təxminən eyni, yumurtavaridir. May-iyunda çiçəkləyir. Giləmeyvələri yumurtavari-şarşəkilli, qırmızı,uzunluğu 5-6 mm-dir. Toxumları tərs yumurtavaridir. Sentyabrda meyvə verir. Çox tez böyüyür.

Ekologiyası

redaktə

Dağların daşlıq yamaclarında bitir. İşıqsevəndir. Kölgədə öz dekorativliyini itirir. Torpağa tələbkar deyil. Quraqlığa, şaxtaya, tüstüyə, qaza davamlıdır.

Azərbaycanda yayılması

redaktə

Mədəni şəraitdə bəzi rayonlarda park və bağlarda becərilir.

İstifadəsi

redaktə

Tək, qrup əkinlərində və budanmayan canlı çəpərlər salınması üçün məsləhət görülür. Yazda çiçəkləmə vaxtında yaxşı görünür, xırda çiçəkləri möhkəm salxımlara yığılmışdır. Payızda xırda giləmeyvələri düzülmüş muncuq təsviri yaradır. Köklərindən və gövdələrindən alınan həlimi, qanın laxtalanma prosesinə stimullaşdırıcı təsir edir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sikkəvari_zirinc&oldid=7123643"
LOVE.AZ