. Love.az

Sileyli Qebele - Wikipedia - Love.az

Ana Səhifə - Sileyli Qebele

Sileyli— Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Siləyli
40°47′12″ şm. e. 47°50′01″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Siləyli xəritədə
Siləyli
Siləyli

Mündəricat

  • 1 Toponimikası
  • 2 Coğrafiyası
  • 3 Əhalisi
    • 3.1 Tanınmış şəxsləri
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Toponimikası

redaktə

Kənd Goycay ile Qara cay arasinda yerlesir yaxınlığındadır. Yaşayış məntəqəsi siləyli nəslinin adını daşıyır.[1]

Coğrafiyası

redaktə

Siləyli. Tarixdə bu adda tayfanın olduğu deyilir. Çox güman ki, həmin türk tayfasının adından götürülüb. Rayon mərkəzi ilə arası 37 km-dir. İri magistral yola çıxış üçün 17 km. qət etmək lazım gəlir. Ucqarda yerləşməsinə baxmayaraq yolu rahatdır.[2]

Ərazidə 2 artezian quyusu qazılıb. Suvarmada Qaraçaydan gələn arxdan istifadə olunur. Həmin su arxı 2008-ci ildə yenidən qazılaraq genişləndirilib. Hazırda əhaliyə telefon çəkilişlərinə başlanıb. Növbəti illərdə bura qazın verilməsi üçün layihələrə baxılır. Ərazi icra nümayəndəliyi üçün yeni bina 2008-ci ildə tikilib.[2] İki çayın Qaraçayla Göyçayın ortasında yerləşən Sileyliqədim tarixə malik olan yurd yeri olduğu güman edilir. Kəndin aşağısında üç tarixi abidə, Pirbucağı deyilən yerdə qəbir daşı üstündə yazılı sənduqə oxunarkən məlum olub ki, buradakı kitabədə göstərilən tarix qədim əsrlərdən soraq verir.[2]

Kurqan ikinci abidədir və onun da mühafizəsi və tədqiqi tarixin açılmayan illərinə aydınlıq gətirəcək real dəlildir.[2] Digər tapıntılardan biri, Qala arxeoloji abidəsi isə ona görə maraq doğurur ki, bu tarixi tikili Bakının Qız qalasına bənzəyir. Vaxtilə su üzərində olduğu ehtimal olunur. İki çayın bir-birinə qovuşduğu, Qaraçayla Göyçayın bir məcraya yönəldiyi yerdə inşa olunan qaladan sudan mühafizə, həm də yadellilərdən qorunmaq məqsədilə də istifadə edilməsi güman edilir. Üç hissədən ibarət olan qala kənar tərəfdən dar, içəridən isə enli yarğanlarla qurulub. Eynən İçərişəhərin qala divarları kimi silahlı basqını dəf etmək, nizələri içəri buraxmamaq üçün müdafiə təminatı məqsədi daşıyır.[2]

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndDə 307 nəfər əhali yaşayır.[3]

Tanınmış şəxsləri

redaktə
  • Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru.

İstinadlar

redaktə
  1. ↑ Siləyli (Qəbələ) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  2. ↑ 1 2 3 4 5 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  3. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax

redaktə
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Siləyli_(Qəbələ)&oldid=7761582"
LOVE.AZ