. Love.az

Silahdar Omer Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Silahdar Omer Pasa

Silahdar Ömər Paşa (ö. 1691) — IV Mehmed və II Süleyman səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Silahdar Ömər Paşa
osman. سلحدار عمر پاشا
Misir bəylərbəyi
ƏvvəlkiMələk İbrahim Paşa
SonrakıÇavuş İbrahim Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 1691
Vəfat yeri Ərzurum əyaləti, Osmanlı imperiyası
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin silahdarlığına təyin edildi. Ardından 1664-cü ilin martında vəzir rütbəsi alaraq Misir bəylərbəyi oldu. Ancaq 28 yanvar 1667-ci ildə vəzifədən alındı. 1669-cu ilin yanvarında Diyarbəkir, 1672-ci ildə Ərzurum, 1675-ci ildə Van, 1677-ci ilin noyabrında isə Bağdad bəylərbəyi təyin olunub, 1681-ci ilin mayında bütün vəzifələrindən azad edildi. 1682-ci ildə yenidən Ərzurum, 1684-cü ilin oktyabrında yenidən Bağdad bəylərbəyi oldu. Ancaq bir il sonra vəzifədən alındı. 1687-ci ilin sentyabrında yenidən Bağdad, 1688-ci ildə yenidən Diyarbəkir, 1689-cu ilin yanvarında yenidən Bağdad, 1690-cı ilin yanvarında yenidən Van, 1691-ci ildə isə yenidən Ərzuruma təyin olundu. Son təyinat yeri olan Ərzuruma çatar-çatmaz səhhəti pisləşdi və Almalı kəndi yaxınlığında vəfat etdi.

Mənbə

redaktə
  • Sicill-i Osmani IV, səh. 301
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Silahdar_Ömər_Paşa&oldid=6908853"
LOVE.AZ