. Love.az

Sinan Samil Sam - Wikipedia - Love.az

Ana Səhifə - Sinan Samil Sam

Sinan Şamil Sam (23 iyun 1974, Hamburq, Almaniya Federativ Respublikası – 30 oktyabr 2015[1], İstanbul) — Almaniya azərbaycanlılarından olan ağır çəkili peşəkar boksçu. Əsli Türkiyənin Qars şəhərindəndir.

Sinan Şamil Sam
Şəxsi məlumatlar
Vətəndaşlığı
  •  Türkiyə
Doğum tarixi 23 iyun 1974(1974-06-23)
Doğum yeri
  • Hamburq, Almaniya Federativ Respublikası
Vəfat tarixi 30 oktyabr 2015(2015-10-30)[1] (41 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Vəfat səbəbi Sirroz
Dəfn yeri
  • Qarşıyaxa qəbiristanlığı[d]
Təhsili
  • Qazi Universiteti
İdman növü boks

Həyatı

redaktə

Əsli Cənubi Azərbaycandan Amasyanın Penbek kəndinə, oradan da 1926-cı ildə Qarsın Akyaka Şahnalar kəndində yerleşən Oruc Samın nəvəsi idi.[2]

Sinan Şamil Sam 1974-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olub.[3] Həvəskar boks üzrə doqquzqat Türkiyə çempionu olub. 1992-ci ildə dünya çempionu adını qazanıb. 1999-cu ildə böyüklər arasında da dünya çempionu olmağı bacarıb.[3] 15 aprel 2000-ci ildə peşəkar boksa başlayıb. 12 oktyabr 2002-ci ildə polşalı Przemyslaw Saletı məğlub edərək Avropa çempionu olub. "Boğazın buğası" ləqəbi ilə tanınıb.[3]

Keçirdiyi 35 döyüşün 31-də qalib gəlib.[3] Bu qələbələrin 16-nı nokautla qazanıb. Qızıl kəməri iki döyüşdə qorumağı bacarıb.[3]

O, uzun müddətdir qara ciyər çatışmazlığından əziyyət çəkirdi. Sam ilk dəfə 2010-cu ildə müalicə olunub. Amma bu Noyabrın əvvəllərində o, eyni diaqnozla xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, qaraciyər xəstəliyindən əziyyət çəkən Sinan Şamil Samı xilas etmək mümkün olmayıb.

İstinadlar

redaktə
  1. ↑ 1 2 http://www.haberturk.com/spor/diger/haber/1146470-boksor-sinan-samil-sam-hayatini-kaybetti.
  2. ↑ "Aslen Azerbaycan Türk'ü olan Sinan Şamil Sam son yolculuğuna uğurlandı". www.igdirim76.com. 31 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2015.
  3. ↑ 1 2 3 4 5 "Boks üzrə dünya çempionu Şamil Sam vəfat edib". www.mediainfo.az. İstifadə tarixi: 7 November 2015.[ölü keçid]

Xarici keçidlər

redaktə
  • Sinan Şamil Sam Xəbərləri və Şəkilləri Arxivləşdirilib 2009-08-15 at the Wayback Machine
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sinan_Şamil_Sam&oldid=6682830"
LOVE.AZ