Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Sipəhsalar (fars. سپاه; sipəh – ordu + salar – başçı; hərf. ""ordu komandanı"") — orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda ordunun ali baş komandanı. Bir qayda olaraq, ən görkəmli sərkərdələri sipəhsalar təyin ediblər. Bu termin Abbasilər(750-1258) dönəmində yaranıb. Samanilər(875-999), Qəznəvilər(X-XII əsrlər) və Səlçuqlar (1038-1157) dövründə sipəhsalar ölkənin siyasi həyatında mühüm rol oynayıb. Səfəvilər dövlətində Azərbaycan bəylərbəyi sipəhsalar titulu daşıyıb.