Skandinav Şurası — skandinav ölkələri arasında rəsmi parlamentlərarası əməkdaşlıq təşkilatı. 1952-ci ildə təsis edilmişdir. Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveçdən əlavə Farer adaları, Qrenlandiya və Aland adaları muxtar ərazilərindən 87 nümayədədən ibarətdir. Nümayəndələr öz ölkələrinin və yaxud ərazilərinin parlamentlərinin üzvüdür və bu parlamentlər tərəfindən seçilirlər. Şuranın rəsmi dilləri dan dili, fin dili, island dili, norveç dili və isveç dilidir.[2][3][4]
Skandinav Şurası | |
---|---|
Nordic Council | |
![]() | |
![]() | |
![]() | |
Növü | parlamentlərarası institut |
Yaranma tarixi | 16 mart 1952 |
Rəsmi dili | |
Mərkəzi |
![]() |
Prezident |
![]() (2023) |
Vitse-prezident |
![]() (2023) |
Baş katib | |
Üzvləri |
5 suveren dövlət 2 muxtar ərazi 1 muxtar region ![]() |
norden.org/en | |
![]() |
1971-ci ildə şuranı tamamlamaq üçün hökumətlərarası forum olan Skandinav Nazirlər Şurası yaradılmışdır. Şura və Nazirlər Şurası Almaniyanın Şlezviq-Holşteyn əyaləti, Benilüks ölkələri və Baltik ölkələri də daxil olmaqla Şimali Avropadakı qonşu bölgələrlə müxtəlif əməkdaşlıqlar edir.[5][6][7]