. Love.az

Skopye Saat Qullesi - Wikipedia - Love.az

Ana Səhifə - Skopye Saat Qullesi

Skopye saat qülləsi — Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində saat qülləsi. Sultan Murad məscidi məscidinin şimalında, lakin onun tərkibində yerləşən altı mərtəbəli saat qülləsidir. 1566–1572-ci illər arasında tikilmişdir. Bu, Osmanlı dövlətinin ərazisində ilk saat qülləsi olmuşdur.[2] Saatın mexanizmi Osmanlı imperiyası tərəfindən işğal olunan Macarıstanın Sigetvar şəhərindəki saat qülləsindən gətirilmişdir. Qüllə əvvəlki orta əsr müdafiə qülləsinin təməli üzərində inşa edilmişdir. Əvvəllər taxtadan olmuşdur, lakin sonradan kərpiclə yenidən tikilmişdir.[3]

Skopye saat qülləsi
Xəritə
Ümumi məlumatlar
Ölkə
  •  Şimali Makedoniya[1]
Koordinatlar 42°00′07″ şm. e. 21°26′28″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Memarlığı
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

Məlumatlara görə, qüllə 1566–1572-ci illər arasında inşa edilmişdir, saat isə işğal olunmuş Macarıstanın Sigetvar şəhərindən gətirilmişdir. Onun aşağı kərpic hissəsi, əslində, Müqəddəs Sürətli Georgi monastırını qoruyan səddin tərkibindəki dörd qüllədən birinin qalığıdır. 1689-cu ildə şəhərdə baş verən yanğında qüllə ciddi zərər görmüşdür, lakin 1904-cü ilə qədər ilkin formada qalmışdır. Həmin il vali Hafiz Paşanın əmri ilə qüllə yenidən təmir edilərək indiki formasına və 37 metr hündürlüyünə çatdırılmışdır. 1963-cü il zəlzələsində saat qülləsi böyük zərər görmüş və saat mexanizmi itirilmişdir. Sonradan qüllənin binasının bərpa olunmağına baxmayaraq, saat mexanizmi yenilənməmişdir. Yeni saatlar 26 2008-ci ildə Çair bələdiyyəsinin rekonstruksiya layihəsi çərçivəsində qülləyə əlavə edilmişdir.[3]

Memarlığı

redaktə

Qüllənin görünüşü və məqsədi haqqında ən çox məlumat məşhur səyyahların qeydlərindən əldə edilir. Belə ki, Fransa səyyahı səyyah Filip Düfren-Kane qeyd etmişdir:[4]

  Skopyedə bütün şəhərdə eşidilən bir saat var və saatlar fransız üslubunda çalınır.  

Hacı Xəlfəyə görə isə bu saat qülləsi xristianların bütün qüllələri arasında ən böyüyü olmuş, saat gündüz və gecə saatları çalmışdır. Zəng səsi "iki saat məsafədə" eşidilirdi.[4]

Övliya Çələbi və Hacı Xəlfənin qeydlərindən görünür ki, qüllənin ilkin forması altıbucaqlı təmələ malik olmuş, üst hissəsi taxta konstruksiyadan tikilmişdir. 1904-cü ildə yenidən qurulduqdan sonra taxta konstruksiya dəyişdirilərək bina tamamilə kərpicdən inşa edilmişdir. Qüllənin dibindən saatların yerləşdiyi zirvəyə qədər 105 pillə aparır.[4]

İstinadlar

redaktə
  1. ↑ 1 2 GeoNames (ing.). 2005.
  2. ↑ Саат кула[daimi ölü keçid], Проект „Стара скопска чаршија“.
  3. ↑ 1 2 Димовска - Чоловиќ, Мирјана. Саат кулите во Република Македонија (PDF) (македонски). Скопје: Национален конзерваторски центар-скопје; Едиција Културно-историско наследство на Република Македонија. 2008. 114. ISBN 978-9989-131-08-0.
  4. ↑ 1 2 3 Саат кулата – скопскиот јавен часовник, sataracarsija.mk.

Xarici keçidlər

redaktə
  •   Vikianbarda Skopye saat qülləsi ilə əlaqəli mediafayllar var.
  • Саат кулата на разгледница од 1927 година
  • Саат-кула Скопје
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Skopye_saat_qülləsi&oldid=8158023"
LOVE.AZ