Slutski düsturu (ing. Slutsky equation) mikroiqtisadiyyatda istehlakçının seçiminə təsir göstərən və qiymətlərin dəyişməsi ilə bağlı sərvət və əvəz etmə effektlərini izah edir. Başqa sözlərlə, o, Marşal tələbində və Hiks tələbində qiymət üzrə baş verən dəyişiklikləri əlaqələndirir. Yevgeni Slutski (rus. Евгений Слуцкий) (1880–1948) şərəfinə adlandırılmışdır.
Slutski matrisasının hər bir elementi (çünki söhbət sayı ikidən çox olan məhsullardan gedə bilər) aşağıdakı kimi ifadə olunur:
burada Hiks tələbidir və
Marşal tələbidir, p qiymətlərdir, w sərvətdir, və u fayda deməkdir. Düsturun sağ hissədə birinci üzvü əvəz etmə effektini ifadə edir, ikincisi isə sərvət effektini.[1]