Sloveniyada ilin idmançısı (sloven. Slovenski športnik leta — kişi idmançıları üçün, sloven. Slovenska športnica leta — qadın idmançıları üçün) — Sloveniya idman jurnalistləri arasında keçirilən səsvermə nəticəsində verilən illik mükafat. Mükafat ilk dəfə 1968-ci ildə təqdim edilmişdir. 1991-ci ilə qədər Sloveniya sosialist respublika kimi Yuqoslaviya SFR tərkibində olub.