. Love.az

Soltan Necefov - Wikipedia - Love.az

Ana Səhifə - Soltan Necefov

Soltan Məmməd oğlu Nəcəfov (1911, Bakı – 18 oktyabr 1981, Bakı) — Azərbaycan radio diktoru. Azərbaycan SSR əməkdar artisti (1966).

Soltan Nəcəfov
Soltan Məmməd oğlu Nəcəfov
Doğum tarixi 1911
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1981
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti diktor
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1966

Həyatı

redaktə

Azərbaycan radiosunun ilk diktorlarındandır. Bədii qiraət ustası kimi tanınmış, Üzeyir Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyalarının radio-tamaşalarında aparıcı kimi çıxış etmişdir. "Oxu, tar" adlı yazısında ("Üzeyir bəy haqqında söz" kitabında, B., 1990) Ü.Hacıbəyovla bağlı xatirələrini yazmışdır.

Mükafatları

redaktə
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 9 dekabr 1966
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Soltan_Nəcəfov&oldid=7564700"
LOVE.AZ