. Love.az

Sona Huseynova - Wikipedia - Love.az

Ana Səhifə - Sona Huseynova
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 7 gün əvvəl Freiheiten (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Sona Əli qızı Hüseynova (20 fevral 1925, Çivə) — Ermənistan SSR Ali Sovetinin deputatı.[1]

Sona Hüseynova
Doğum tarixi 20 fevral 1925(1925-02-20) (100 yaş)
Doğum yeri
  • Çivə, Şərur-Dərələyəz qəzası
Fəaliyyəti tütünçü, deputat

Həyatı

redaktə

20 fevral 1925-ci ildə Dərələyəz mahalının Çivə kəndində doğulub. 1932-ci ildə Çivə kənd yeddi illk məktəbini 1939-cu ildə 7-ci sinfi fərqlənmə ilə bitirib.[2]

Məktəbi bitirdikdən sonra, ailəsinə kömək məqsədilə sovxozda işləyib. Tütünçülük üzrə manqa başçısı kimi kimi 1950-ci ildə Ermənistan SSR Ali Sovetinə Mikoyan rayonunun Qovuşuq, Ağkənd, Ələyəz, Qabaxlı, Gədikvəng, Gülüdüz kəndlərinin kolxozçuları özlərinin seçkiqabağı yığıncaqlarında 229 nömrəli Şadin seçki dairəsindən Ermənistan SSR Ali Sovetinə deputatlığa namizəd göstərilmişdir. 1951-ci il fevral ayının 29-da Ermənistan SSR Ali Sovetinə deputat seçilmişdir.[3]

1951-ci ilin sonlarında, Stalinin 4083 nömrəli məlum qərarı ilə, ailəsi ilə birlikdə Azərbaycanına deportasiya olunmuşdur. Bərdə rayonunun İmirli kəndində bir müddət yaşadıqdan sonra, ailəsinin iqlim şəraitinə uyğunlaşmaması səbəbindən yenidən Çivə kəndinə qayıtmışdır. Bir müddət Çivə kəndində işlədikdən sonra, 1976-cı ildə Azərbaycanına qayıdır. 1979-cu ildə Gəncə şəhərində məskunlaşırlar.

Hal-hazırda Bərdə rayonunun İmirli kəndində yaşayır. 3 övladı, 8 nəvəsi, 16 nəticəsi var.

İstinadlar

redaktə
  1. ↑ R. Əsgərov, A. Ağayev. Xalqın ləyaqətli qızı // Sovet Ermənistanı. 1950.
  2. ↑ Vəkilov Səməd. Qərbi Azərbaycandan deportasiya. İmirlidə məskunlaşma. Bakı: Red N Line MMC. 2023. səh. 222.
  3. ↑ Vəkilov, Səməd; Calalova, Leyla. "Dərələyəzdən deportasiya edilmiş deputat Sona Hüseynovanın həyat həqiqətləri" (az.). Bakı: https://qht.az/. 2025-02-20. İstifadə tarixi: 2025-02-20. (#missing_name)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sona_Hüseynova&oldid=8151148"
LOVE.AZ