. Love.az

Sona Xanim Axundova - Wikipedia - Love.az

Ana Səhifə - Sona Xanim Axundova

Sona xanım İsgəndər bəy qızı Axundov — İsgəndər bəy Axundovın qızı, Qara Qarayevin anası.

Sona xanım Axundov
Sona xanım İsgəndər bəy qızı Axundov
Doğum tarixi 1898
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1971
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan AXC→
SSRİ SSRİ
Həyat yoldaşı Əbülfəz Qarayev
Uşaqları Qara Qarayev
Mürsəl Qarayev
Atası İsgəndər bəy Axundov
Anası Züleyxa xanım Bayraməlibəyova
Fəaliyyəti şair

Sona xanım 1898-ci ildə Bakı şəhərində dünyaya gəlib. On üç yaşında ikən valideynləri onu Bakı Şəhər Bələdiyyə İdarəsi yanında qız məktəbinə qoyurlar. Bu məktəbi bitirib "Müqəddəs Nina" məktəbinin Bakı bölməsində təhsilini davam etdirir. Daha sonra fortepiano ifaçılığı üzrə musiqi təhsili də alır. Sonra Rusiyada ali təhsil alıb Bakıya dönən tanınmış həkim Əbülfəz Qarayevlə ailə qurur. Lakin bundan sonra bədii yaradıcılıqla məşğul olmayıb. Həyatını ailə qayğılarına həsr edib. Dünya şöhrətli bəstəkar Qara Qarayev, görkəmli həkim, gözəl insan Mürsəl Qarayev kimi övladlar böyüdüb. Ondan soruşulanda ki, nə üçün yaradıcılıqla məşğul olmursunuz? O deyərmiş: "Xalq üçün, cəmiyyət üçün faydalı övladlar böyütmək yaradıcılıq deyilmi!"

Cəmiyyət üçün, xalq üçün görüləcək hər bir işi yaradıcılıq hesab edən Sona xanım Axundova 1971-ci ildə vəfat edib.

Mənbə

redaktə

Fədakar qadın, şairə ana:Sona xanım Axundova

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sona_xanım_Axundova&oldid=6581155"
LOVE.AZ