Sonsuz dəhliz (ing. Endless Corridor) — litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açan sənədli filmi.[1] Film Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət! təbliğat kampaniyası çərçivəsində hazırlanmışdır.[2][3]
Sonsuz dəhliz | |
---|---|
![]() | |
Rejissor | Andreas Brokas |
İlk baxış tarixi | 2015 |
Ölkə |
![]() |
İl | 2015 |
Çəkiliş yeri | Azərbaycan |
Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. 23 il əvvəl hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb. O, ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və səbəbkarları — erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər. Filmin süjeti real hadisələr, bu cəhənnəm əzabını yaşamış, kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub. O məşum gecədə bir çoxları erməni terrorçuları və başkəsənləri tərəfindən öldürülüb, bəziləri isə Ermənistan rəhbərliyinin yaratdığı müasir əsir düşərgələrinin qeyri-insani şəraitinə baxmayaraq salamat qalıblar.
Filmin premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak edib. "Sonsuz dəhliz" sənədli filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.[4]
İngilis dilində çəkilmiş filmin subtitrləri Leyla Əliyevanın təşəbbüsü ilə Çin, türk, fransız, italyan və alman dillərinə tərcümə olunub. Bundan əlavə, film rus dilinə dublyaj edilib.[5]
“Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində İstanbul, Ankara, Roma, Vilnüs, London,[6] Paris,[7] Dublin, Berlin, Bern şəhərlərində təqdimatı olub.[8]
2015-ci ilin avqustunda İsrailin Birinci dövlət televiziya kanalında (“Channel 1”) “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib.[9][10]
2015-ci ilin dekabrın 3-də "Endless Corridor" ("Sonsuz dəhliz") sənədli filminin İspaniyanın Barselona şəhərindəki "Girona" kinoteatrında premyerası keçirildi.[4]