Sosial Xidmətlər Agentliyi — sosial xidmətə ehtiyacı olan şəxslərə "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərir[1].
Sosial Xidmətlər Agentliyi | |
---|---|
(SXA) | |
![]() | |
Ümumi məlumatlar | |
Ölkə |
![]() |
Yaradılma tarixi | 30.06.2020 |
Tabelik | Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Ünvan | Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965 |
Rəhbərlik | |
İdarə heyətinin sədri: Vüqar Behbudov Müavinlər: Faiq Ağayev, Pərviz Səfərov, Zaur İbrahimov |
|
|
|
Rəsmi saytı | sxa.gov.az |
Sosial Xidmətlər Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına əsasən yaradılıb. Agentliyin nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilib[1].
Nizamnaməyə uyğun olaraq, Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır[1]:
Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Agentliyin idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti 4 (dörd) nəfərdən – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 3 (üç) müavinindən ibarətdir. Agentliyin İdarə Heyətinin sədri Vüqar Şəfa oğlu Behbudovdur[2].
Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri də sosial təminat sahəsi üzrə yerli, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsidir. Sosial Xidmətlər Agentliyi bir sıra universitet və qurumlarla memorandum bağlayıb, həssas kateqoriyadan olan şəxslərə göstərilən xidmətin daha da yaxşılaşdırılması üzrə əməkdaşlıq aparır. Həmçinin, Agentlik tərəfindən Türkiyə, Latviya, Litva, Amerika, Özbəkistan kimi ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurularaq inkişaf etdirilir. Sözügedən ölkələrə müxtəlif səfərlər təşkil edilir və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılır. Bir sıra beynəlxalq və regional təşkilatlarla da əməkdaşlıq edilir. Bunlara Dünya Bankı, UNICEF, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və sair beynəlxalq qurumlar daxildir.