Sosial dövlət — vətəndaşların rifahını başlıca vəzifə qəbul edən dövlət anlayışı olub, onların iqtisadi və sosial əmin-amanlıqlarının qorunması və irəli çəkilməsində dövlətin əsas rol oynamasını təklif edir. Bu sistem sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi quruluşdur. Sosial dövlət anlayışı ilk dəfə 1850-ci ildə alman alimi Lorens fon Şteyn tərəfindən işlədilmişdir.
Ümumilikdə bir sosial dövlətin iki növ siyasi və sosial yanaşması ola bilər:
"Sosial dövlət" və "sosial cəmiyyət" ingiliscə müəyyən ölkələrdə (xüsusilə ABŞ) bəzi anlayış qarışıqlıqlarına səbəb olmuş və bu məsələ önəmli mübahisə mövzusu olmuş və olmaqdadır. ABŞ-də və bəzi digər ölkələrdə minimum rifah səviyyəsi mərkəzləşdirilmiş dövlət tərəfindən sığortalanıb birbaşa vahid mərkəzdən qorunmamaqdadır. Lakin hər bir vətəndaşın bu rifah səviyyəsinə çata bilməsi üçün dövlətə bağlı olmayan könüllü sosial qruplar, həm sosial məqsədli özəl qeyri-kommersiya təşkilatları, həm maksimum qazanc hədəfli özəl şirkətlər və az da olsa mərkəzi hökumət orqanları tərəfindən dəstəklənən sosial təşkilatlar bu məsələdə yardımlar göstərməkdədirlər. Bu anlayışa əks olan digər bir "sosial dövlət" anlayışı da mövcuddur. Burada "sosial dövlət" ictimai sektordan dolaylı yollarla subvensiya verilməli şəxslərə fond yardımıdır və həmin fondların əsas qaynağı bərabər, balanslı bölüşdürmə prinsiplərinə uyğun vergiləri verən özəl sektordur.
Məsələn, təhsil ödənişsizdir, xəstələri müalicə etmək dövlətin vəzifəsidir. Dövlət tərəfindən işsizlərə və ya az gəlirli şəxs və ya ailələrə gəlir subvensiyası verilə bilər. Buna uyğun olaraq dövlət öz evini ala bilməyəcək və ya özəl kirayə ev bazarındakı yüksək kirayə haqqını verə bilməyəcək qədər kasıb olanlara, ya subvensiya şəklində ev kirayəsi verə bilər, ya da ucuz xərc hesabına başa gələn evlər inşa etdirib, onları müəyyən qiymətlə kirayəlik verə bilər. Bunu etmək üçün yüksək vergilər təyin edilməsi zəruri ola bilər. Əgər vergi sistemi proqressivdirsə, adətən varlı insanlar daha çox vergi verənlər olurlar. Proqressiv vergi sistemində səviyyələr dəyişkən olur, səbəbi isə, gəliri az olanların bu vergini daha rahatlıqla verə bilməsini təmin etməkdir. Məsələn, Böyük Britaniyada yoxsul insanlar daha varlılara görə aylıq gəlirlərinin daha az hissəsini vergi olaraq verirlər.