Soyğun və ya Sürət: Avtobus 657 (ing. Heist) — kriminal triller janrında rejissor Skott Mann tərəfindən Stiven Sefer və Maks Adamsın yazdığı ssenari əsasında çəkilmiş filmdir.[5] Filmdə baş rolları Robert De Niro, Cefri Din Morqan, Keyt Bosvort və Deyv Batista ifa etmişdirlər. Filmin süjet xətti qızının müalicəsi üçün pul tapmaq məcburiyyətində qalmış atanın kazino sahibini soymağa məcbur qalmasından bəhs edir.
Soyğun | |
---|---|
ing. Bus 657 | |
Janr | soyğun filmi |
Rejissor | Skott Mann |
Prodüserlər |
|
Ssenari müəllifləri |
|
Baş rollarda |
|
Operator | Brendon Li Koks |
Bəstəkarlar |
|
İlk baxış tarixi | 2015, 3 mart 2016[3] |
Müddət | 92 dəq. |
Büdcə | 15.000.000 $[1] |
Gəlir | 1.867.456 $[4] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli[d] |
Çəkiliş yeri | Mobil |
IMDb | ID3276924 |
Filmin çəkilişləri 2013-cü il noyabr ayının 6-da Alabama ştatının Mobil şəhərində[6] başlamışdır. Film 2015-ci il noyabr ayının 11-də dünya miqyasında buraxılmış və 13 noyabr 2015-ci ildə ABŞ-də tələb olunan video xidməti[7] vasitəsilə məhdud buraxılışı həyata keçirilmişdir.
Von ən iri kazinolardan birində kart paylayan vəzifəsində işləyir. Müvəffəqiyyətli bir karyera qura bilməsədə, özünü bəxtəvər insan hesab edir. Belə ki, həyat yoldaşı və balaca qızını dünyada hər şeydən çox sevir. Ancaq günlərin bir günü onun xoşbəxt həyatı alt-üst olur. Tibbi müayinə zamanı qızında ağır xəstəlik üzə çıxır. Müalicə üçün Vonun 10 il işləsə belə yığa bilməyəcəyi məğləğ tələb olunur. Von kömək üçün kazinonun sahibi Frenk Poupa üz tutur. Kriminal aləmdə böyük nüfuza malik olan Poup onun bu istəyini təmin etmir, hətta belə müraciətlə ona yaxınlaşdığı üçün işdən qovur. Bundan hiddətlənən Von, kazinonu soymaq qərarına gəlir.
Aktyor | Rol |
---|---|
Robert De Niro | Frensis "Poul" Silva Frensis "Poul" Silva |
Ceffri Din Morqan | Lük Bon Lük Bon |
Keyt Bosvort | Sidni Silva Sidni Silva |
Morris Çestnat | Derrik Derrik |
Deyv Batista | Ceyson Koks Ceyson Koks |
Cina Karano | zabit Kriziya "Kris" Baxos zabit Kriziya "Kris" Baxos |
Daniel Bernard Suini | Berni Berni |
Mark-Pol Hosselaar | detektiv Markoni detektiv Markoni |
Stiven Sefer | Culian Dante Culian Dante |
Tayson Sallivan | Mikki Mikki |
Kristofer Rob Bauen | Erik Erik |
Lidiya Hall | Polin Polin |
Skott Herman | Serjant Tomas Forbs Serjant Tomas Forbs |