Soyuqdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 4000,5 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Gənzəçayla Kotamçayın mənbə hissəsində, Gənzə kəndindən 4,8 km şərq-şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qranodiorit-porfir, diorit və diorit-porfirlərindən təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-şərq cinahında yerləşir.[1]
Soyuqdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Zəngəzur dağları |
Mütləq hündürlüyü | 4000,5 m |
Yerləşməsi | |
38°57′09″ şm. e. 46°06′51″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | |