. Love.az

Strela Adasi - Wikipedia - Love.az

Ana Səhifə - Strela Adasi

Strela adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir.

Strela adası
rus. Стрела
Ümumi məlumatlar
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
79°26′37″ şm. e. 91°42′05″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
  • Krasnoyarsk diyarı
Arxipelaq
  • Şimal Torpağı
Akvatoriya
  • Şimal Buzlu okean
Strela adası xəritədə
Strela adası
Strela adası

Yerləşməsi

redaktə

Sedov arxipelaqının mərkəzində yerləşir. Adanın qərb sahillərindən 200 m şimalda Otdelnıy yarımadası (Sredniy adasının şərq qutaracağında), şərq sahillərindən 300 m şimalda Fiqurnıy adası yerləşir.

Təsviri

redaktə

Uzunluğu 5,2 kilometr, eni isə 900 metr təşkil edir. Adada çay yoxdur. Şimal-qərbində isə şirindulu göl vardır. Mərkəzi hissəsində 23 metrlik qaya vardır.

Xəritə

redaktə
  • Xəritə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Strela_adası&oldid=4840197"
LOVE.AZ