Subirəsi və ya dafniya (lat. Daphnia) — şaxəbığcıqlılar dəstəüstünün ibtidai xərçənglər cinsi. Ölçüsü 1–3 mm-dir. Şəffaf bədəninin səthini xitinli çanaq örtür. Ayrıcinsiyyətlidir. Dünyada 26, Azərbaycanda 13 növü və yarımnövü məlumdur. Şirin sularda yayılmışdır. Bakteriyalar, birhüceyrəli yosunlar, ibtidailər və detritlə qidalanır. Körpə balıqların qidasıdır. Balıqçılıq təsərrüfatlarında artırılır.
Subirəsi | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Yarımsinif: Dəstəüstü: Dəstə: Fəsilə: Cins: Subirəsi |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|