Submədəniyyət (lat. sub — altında və cultura — mədəniyyət; mədəniyyətyanı) sosiologiya, antropologiya və kulturologiyada termin — əksəriyyətin akademik mədəniyyətindən fərqlənən modern mədəniyyət, həmçinin bu mədəniyyətin daşıyıcıları. Submədəniyyət çoxluğun mədəniyyətindən öz dəyərlər sistemi, danışıq jarqonu, davranış mədəniyyəti və geyimi ilə fərqlənməyə çalışır.[1][2]. Milli, demoqrafik,ixtisas, coğrafi və digər əsaslar üzrə formalaşan submədəniyyətləri təsnifat edirlər.[3] Ən diqqəti çəkən isə gənclərə xas olan submədəniyyətdir.