Mirzəyev Sucəddin Qiyas oğlu — azərbaycanlı aktyor.
Sucəddin Mirzəyev | |
---|---|
Sucəddin Qiyas oğlu Mirzəyev | |
![]() | |
Digər adı | Sücəddin Mirzəyev |
Doğum tarixi | (68 yaş) |
Doğum yeri | İkinci Yeddioymaq, Masallı rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | aktyor |
Təhsili | |
Mükafatları |
![]() |
Sucəddin Mirzəyev 9 iyun 1956-cı ildə Masallı rayonunun İkinci Yeddioymaq kəndində anadan olmuşdur. İlk təhsilini II Yeddioymaq kəndində , hazırda T. Bayraməlibəyov adını daşıyan orta məktəbdə almışdır . 1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1977-ci ildə oranı bitirmişdir. Həmin ildən N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışmağa başlamışdır.
Ailəlidir, bir oğlu, bir qızı, 4 nəvəsi var.
Teatr tamaşaları şəkilləri
25 iyun 2013-cü ildə prezident İlham Əliyevin fərmanı ilə əməkdar artist fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə[1], 7 may 2021-ci ildə[2], 10 may 2022-ci ildə[3] və 8 may 2025-ci ildə[4] Prezident Mükafatına layiq görülmüşdür.