. Love.az

Sultan Ehmed Turbesi - Wikipedia - Love.az

Ana Səhifə - Sultan Ehmed Turbesi

Sultan Əhməd türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XVII əsrdə inşa olunan Sultan Əhməd məscidinə aid türbə.

Sultan Əhməd türbəsi
Ölkə
  •  Türkiyə
Yerləşir Fateh

Haqqında

redaktə

Fateh rayonu, Sultanəhməd meydanında yerləşən Sultan Əhməd məscidinin cənub-şərqində yerləşən Sultan Əhməd türbəsi 1619-cu ildə inşa edilmişdir. Türbənin arxasında darülkurra yerləşir. 14-cü Osmanlı sultanı olan Sultan Əhməd 1617-ci ildə vəfat etdiyi zaman külliyənin həyətində dəfn edilmiş, I Mustafanın səltənəti illərində türbənin inşası başlamışdır. 1619-cu ildə inşası tamamlanan türbə kvadrat planlı olub, tamamilə mərmərdən inşa edilmişdir.

Türbənin daxilində dəfn olunanlar aşağıdakılardır:

  • Sultan Əhməd
  • Validə Kösəm Sultan
  • Sultan Osman
  • Sultan Murad
  • Sultan Əhmədin oğlu Şahzadə Mehmed
  • Sultan Əhmədin oğlu Şahzadə Bəyazid
  • Sultan Əhmədin oğlu Şahzadə Süleyman
  • Sultan Əhmədin oğlu Şahzadə Səlim
  • Sultan Əhmədin qızı Gövhər Sultan
  • Sultan Əhmədin qızı Ayşə Sultan
  • Sultan Əhmədin qızı Fatma Sultan
  • Sultan Muradın qızı Safiyə Sultan
  • Sultan Muradın qızı Ruqiyə Sultan

Mənbə

redaktə
  • http://www.tas-istanbul.com/portfolio-view/sultanahmet-sultan-i-ahmet-turbesi/ Arxivləşdirilib 2018-07-02 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sultan_Əhməd_türbəsi&oldid=7147774"
LOVE.AZ