. Love.az

Sultan Rukneddin Firuz - Wikipedia - Love.az

Ana Səhifə - Sultan Rukneddin Firuz

Sultan Rüknəddin Firuz (1236)—Müəzzilər dövlətinin sultanı.

Sultan Rüknəddin Firuz
Dehli sultanı
30 aprel – 20 noyabr 1236
ƏvvəlkiŞəmsəddin Eltutmuş
SonrakıSultan Raziyə bəyim
Şəxsi məlumatlar
Vəfat tarixi 20 noyabr 1236
Vəfat yeri
  • Dehli sultanlığı
Atası Şəmsəddin Eltutmuş
Ailəsi Müəzzilər dövləti
Dini Əhlis-Sünnə

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Atası Şəmsəddin Eltutmuşun 1236-cı ildə vəfatından sonra taxta əyləşdi. Anası Türkan xatunun köməyi ilə hakimiyyətə gəlsə də, qətiyyən dövlət işlərinə marağı olmamışdır. Əvvəllər Lahor hakimi vəzifəsində çalışmışdı. Onun taxta çıxarılmasından narazı olan əmirləri və qardaşları üsyan qaldırdılar. Əvvəlcə heç nəyə fikir verməyən Firuz şah gününü eyş-işrətlə keçirirdi. Səhərdən axşamacan əyyaşlıqla məşğul olur, xəzinənin pulunu sağ-sola xərcləyirdi. Lakin vəziyyətin ciddiliyini görən Firuz şah qoşun toplayıb qiyamçıların üzərinə gedir. Olduqca bacarıqsız və ürəyiyumşaq olan sultanın ətrafı və qoşun əhlindən bir hissəsi qiyamçıların tərəfinə keçir. Eyni zamanda Dehlidə üsyan qalxır və hakimiyyəti bacısı Raziyə bəyim ələ keçirir.

Sultan Rüknəddin Firuz şah 7 aylıq hakimiyyətdən sonra taxtdan salınır və zindan küncünə atılır. 1236-cı ildə zindanda vəfat edir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  • Müəzzilər dövləti

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sultan_Rüknəddin_Firuz&oldid=6904996"
LOVE.AZ