. Love.az

Sultan Rustem Mirze - Wikipedia - Love.az

Ana Səhifə - Sultan Rustem Mirze

Rüstəm mirzə Səfəvi (İffət xan)— Səfəvi şahzadəsi.

Sultan Rüstəm Mirzə
Mirzə Rüstəm Səfəvi Rəssam Mirhaşim, Los Anceles muzeyi
Mirzə Rüstəm Səfəvi
Rəssam Mirhaşim, Los Anceles muzeyi
Zəmindəvar hakimi
1578 – 1594
Bihar hakimi
1626 – 1627
Şəxsi məlumatlar
Doğum tarixi 1569
Doğum yeri Qucarat
Vəfat tarixi 1641
Vəfat yeri Aqra
Atası Sultan Hüseyn mirzə Səfəvi
Dini Şiə İslam

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Səfəvilər hakimiyyətində
    • 1.2 Moğollar hakimiyyətində
  • 2 Yaradıcılığı
  • 3 Ailəsi
  • 4 İstinadlar

Həyatı

redaktə

Səfəvilər hakimiyyətində

redaktə

Sultan Hüseyn mirzə Səfəvinin oğlu idi, Qəndəharda doğulmuşdu. 1578-ci ildə Məhəmməd şah Xüdabəndə tərəfindən Zəmindəvar hakimi təyin olunmuşdu, lələsi Həmzə bəy Zülqədər idi. Zəmindəvar çox kiçik mülk olduğu üçün qardaşları Səncər mirzə və Əbu Səid mirzənin və lələsinin dəstəyi ilə Sistan hakimi Məlik Mahmuda hücum etmişdi, lakin qardaşı Müzəffər Hüseyn Mirzə Məlik Mahmudun kürəkəni olduğu üçün onunla hesablaşmalı oldu. Bu döyüşləin gedişində Məlik Mahmud öldürüldü. Bir sıra döyüşlərdən sonra qardaşı və Məlik Mahmud tərəfindən məğlub edildikdən və Zəmindəvar da əlindən çıxdıqdan sonra qardaşı Səncər mirzə və oğulları ilə 1594-cü ildə Əkbər şaha tabe oldu.

Moğollar hakimiyyətində

redaktə

1593–1595-ci illərdə Multan hakimi daha sonralar isə Patan hakimi olmuşdur. Sultan Cahangir dövründə, 1612-ci ildə Tatha və daha sonralar Allahabad hakimi olmuşdur. 1626-cı ildə Bihar hakimi təyin edilmiş, lakin çox qısa bir müddət sonra təqaüdə buraxılmışdı. 1641-ci ildə, 72-ci yaşında Aqrada vəfat etmişdir.[1]

Yaradıcılığı

redaktə

Fədai təxəllüsü ilə şeirlər yazmışdır.

Ailəsi

redaktə

Oğulları

  • Murad mirzə Səfəvi (ö. 1669) — Sultan Cahangir tərəfindən İltifat xan titulu verilmiş, Əbdürrəhim xan Xananın qızı ilə evlənmiş, Mirzə Mükram xan adlı oğlu olmuşdur.
  • Şahrux mirzə Səfəvi
  • Həsən mirzə Səfəvi (ö. 1649) — Sultan Cahangir tərəfindən Kuç hakimi təyin olunmuşdu.
  • İbrahim mirzə Səfəvi
  • Bədiüzzaman mirzə Səfəvi (ö. 1659) — Qucarat canişini

İstinadlar

redaktə
  1. ↑ Əbülfəzl ibn Mübarək, Eyn-i Əkbəri, Kəlküttə, 1873, səh.313–314
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sultan_Rüstəm_Mirzə&oldid=6906196"
LOVE.AZ