. Love.az

Sultanovlar Iii - Wikipedia - Love.az

Ana Səhifə - Sultanovlar Iii
Bu adın digər istifadə formaları üçün bax: Sultanovlar (dəqiqləşdirmə).

Sultanovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Sultanovlar
Titul Bəy
Əcdadı I Qorçu bəy Püsyan
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Bərgüşad mahalı

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun məşhur nümayəndələri
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Soyun yaranması

redaktə

Zəngəzur mahalında Sultanov soylu bir neçə bəy sülaləsi yaşayırdı. Bəziləri Qaraçorlu, bəziləri isə Püsyan elinə bağlı idi. Bu soyun ulu babası I Qorçu bəy Püsyandır. Onun Məhəmmədhüseyn bəy, Məhəmmədhəsən bəy adlı oğlanları vardı. İkinci oğlu Hacı Məhəmmədhəsən bəy Püsyandır. Hacı Məhəmmədhəsən bəy Püsyan elində yaşamışdı. Bu el Qarabağın Bərgüşad mahalında qərar tuturdu. Elin Babalı oymağının başçısı olmuşdu. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi. Şahdan sultan ünvanı almışdı. Oymaq içində Hacı sultan kimi tanınırdı. Hacı Məhəmmədhəsən sultanın törəmələri bəylərbəyilik və xanlıq dönəmində Püsyan, rus üsul-idarəsi dövründə Sultanov soyadını daşıyırdılar.

Soyun məşhur nümayəndələri

redaktə
  • Lütfəli bəy Sultanov — çar ordusunun zabiti, praporşik.
  • Aslan bəy Sultanov — el qəhrəmanı, ziyalı.
  • Ağamalı bəy Sultanov — Çar ordusunun zabiti, Birinci Dünya müharibəsinin iştirakçısı olub. Praporşik rütbəsi daşıyırdı. Georgi xaçı ilə təltif olunmuşdu. Ağamalı bəy Sultanov 1911-ci ildə Avstriyada həlak olub.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Sultanovlar, "Soy" dərgisi, 6 (26), Bakı, 2009.
  • Ənvər Çingizoğlu, Püsyan eli, Bakı:Mütərcim, 2013, 156 səh. ISBN 978-9952-28-121-7

Həmçinin bax

redaktə
  • Qarabağ
  • Zəngəzur
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sultanovlar_(Bərgüşad)&oldid=7907625"
LOVE.AZ