. Love.az

Sultanovlar Kurdhaci - Wikipedia - Love.az

Ana Səhifə - Sultanovlar Kurdhaci
Bu adın digər istifadə formaları üçün bax: Sultanovlar (dəqiqləşdirmə).

Sultanovlar — Azərbaycan xalqının soylarından biri.

Sultanovlar
Sultan bəy Sultanov.
Sultan bəy Sultanov.
Titul Bəy
Əcdadı Həmzə sultan Qaraçorlu
Mənşəyi Qarabağ, Laçın
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Kürdhacı

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun məşhur nümayəndələri
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Soyun yaranması

redaktə
 
Sultanovların ulu babası Həmzə sultanın sarayı

Soyun ulu babası Həmzə sultandır. XVIII yüzilin ortalarında Qarabağın Alpout nahiyəsində yaşamışdı.Xanlıq yaranadan sonra Qaraçorlu mahalının naibi olmuşdu. 4 oğlu vardı. Onun törəmələri Sultanov soyadını qəbul etdilər.

Soyun məşhur nümayəndələri

redaktə
  • Xanmurad bəy Qaraçorlu — Qarabağ bəyi, Sultan bəyin babası.
  • Əlipaşa bəy Sultanov — Xosrov bəy, Sultan bəy və Rüstəm bəy Sultanovların atası. Zəngəzurda böyük mülkləri olan bəy, bölgədə müdrik kəlamları və öz qoçaqlığı ilə tanınmışdır.
  • Sultan bəy Sultanov — Azərbaycan xalq qəhrəmanı.
  • Xosrov bəy Sultanov — dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri.
  • İsgəndər bəy Sultanov — Sultan bəy, Xosrov bəy və İsgəndər bəyin qardaşı Rüstəm bəy Sultanovun oğlu.
  • Elburus Muradov — Azərbaycan Respublikasının əməkdar mühəndisi.
  • Kamal bəy Paşayev — Böyük Vətən müharibəsinin iştirakçısı.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Bir şəcərənin şaxı, "Soy" dərgisi, 1 (1), 2003, səh.41-44.
  • Sultan bəyin izi ilə..., "Təzadlar" qəzeti, 2009

Həmçinin bax

redaktə
  • Hacısamlı camaatı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sultanovlar_(Kürdhacı)&oldid=7679948"
LOVE.AZ