. Love.az

Sumqayit Texnologiyalar Parki - Wikipedia - Love.az

Ana Səhifə - Sumqayit Texnologiyalar Parki
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Sumqayıt Texnologiyalar Parkı (STP) — 2009-cu ildə Sumqayıt şəhərinin şimalında, Hacı Zeynalabdin qəsəbəsində 152 ha ərazidə salınmış texnologiya parkı. Cənubi Qafqazda və Azərbaycanda yaradılmış ilk texnologiya parkıdır.[1]

Sumqayıt Texnologiyalar Parkı
STP
Yaranma tarixi 22 dekabr 2009
Fəaliyyət göstərdiyi yer Hacı Zeynalabdin, Sumqayıt
Üzvləri
  • 2.000 nəf.
STP.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

STP-nin istehsal və tikinti-quraşdırma sahələrində hazırda 2000-dən çox insan məşğuldur və bütün planlaşdırılmış yerlərin işə salınması halında 10 min nəfərin işləməsi mümkündür.[2]

Mündəricat

  • 1 Tarixi
  • 2 Qalereya
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

STP-nin açılış mərasimi 22 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutmuşdur.[2] Azərbaycanda bazar şəraitində fəaliyyət göstərən ilk texnologiya parkıdır.

2021-ci ilin yanvar ayında Ruslan Ağabəyli icraçı direktor vəzifəsinə təyin olunub.


2020-ci ildə Sumqayıt Texnologiyalar Parkı idarəetmə və sənaye sektorunda olan dəyişikliklərə və müştəri ehtiyaclarına çevik adaptasiya olunmaq məqsədilə Biznes və idarəetmə forması yenidən təşkil edilmişdir. Şirkət istehsalçı qurumdan baş ofis və idarəedici qurum formatına  keçib. Tərkibində  fəaliyyət göstərən zavod və istehsal sahələri yeni yaradılan şirkətlərdə birləşdirilib.

STP-nin  törəmə şirkətləri bunlardır:

  • STP Global Cable
  • STP Alüminium
  • STP Metal Structures
  • STP Polymer
  • SOCAR-STP
  • STP AH
  • Assan STP Panel

STP-nin Biznes vahidləri və Müştərək şirkətlərində istehsal olunan məhsullara elektrik avadanlıqları, kabellər, maşınqayırma, polimer məhsulları, polad istehsalı, sandviç panelləri, ventilyasiya sistemləri, polivinilxlorid pəncərələri, qaynar sinkləmə, texniki kasalar, günəş paneli və toz örtükləri daxildir.

Qalereya

redaktə
  • STP-dəki istehsal proseslərini əks etdirən fotoqalereya
  •  
    Qaynaq-quraşdırma işləri
  •  
    Qaynaq işləri
  •  
    Qaynaq-quraşdırma işləri
  •  
    Qaynaq-quraşdırma zavodu
  •  
    Boyama prosesi
  •  
    Boyama prosesi
  •  
    Dəqiq mexanika avadanlıqları
  •  
    Qaynar sinkləmə məhsulları
  •  
    Qaynar sinkləmə məhsulları
  •  
    Qaynar sinkləmə məhsulları

İstinadlar

redaktə
  1. ↑ "STP". 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
  2. ↑ 1 2 "Arxivlənmiş surət". 2019-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-28.

Xarici keçidlər

redaktə
  Vikianbarda Sumqayıt Texnologiyalar Parkı ilə əlaqəli mediafayllar var.
  • stp.az — Sumqayıt Texnologiyalar Parkının rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sumqayıt_Texnologiyalar_Parkı&oldid=7355821"
LOVE.AZ