. Love.az

Sumqayitdaki Seher Heykellerinin Siyahisi - Wikipedia - Love.az

Ana Səhifə - Sumqayitdaki Seher Heykellerinin Siyahisi

Sumqayıtdakı şəhər heykəllərinin siyahısına Azərbaycanın böyüklüyünə görə üçüncü şəhəri sayılan Sumqayıtın küçələrində və ya meydanlarında, parklarında və ya xiyabanlarında yerləşən müstəqil heykəltaraşlıq əsərləri daxildi, bura həmçinin dağılmış heykəllər (kursiv xətlə yazılıb) də əlavə olunub. Siyahıya plastikdən hazırlanan və digər obyektlərin elementləri kimi düzəldilən əsərlər daxil edilməyib məsələn, fəvvarələri bəzəyən yada binalarda quraşdırılmış fiqurlar və ya kompozisiyalar. Siyahıya dekorativ park heykəlləri (sənət əsəri əhəmiyyətli olmayan heykəllər) və Sumqayıt şəhər qəbiristanlıqlarında yerləşən qəbirüstü abidələr əlavə olunmayıb. Siyahıda həmçinin heykəltaraşlıq əsərləri sayılmayan müxtəlif xatirə tikililəri və ya abidələr yoxdur məsələn, xatirə daşları və ya işarələr, memarlıq abidələri, eləcə də postamentdə quraşdırılan müxtəlif texnika.

Mündəricat

  • 1 Görkəmli şəxslərin heykəlləri
  • 2 Büst abidələri
  • 3 Heykəllər və memoriallar
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Görkəmli şəxslərin heykəlləri

redaktə
Şəxs Ucaldıldığı il Yeri Müəlliflər

 (memarlar; heykəltaraşlar)

Şəkil Qeyd
Nəriman Nərimanov

(məqaləsi)

1964 Heydər Əliyev prospekti Mirələsgər Mirqasımov, N.İsmayılov и F.Leontyeva
Nəsimi

(məqaləsi)

2003 Səməd Vurğun küçəsi, Nəsimi adına park
Heydər Əliyev

(məqaləsi)

2005 Sülh küçəsi

 

19 sentyabr 2016-cı ildə heykəl həmin ərazidən götürülüb[1].
Nizami Gəncəvi

(məqaləsi)

2007 Nizami Gəncəvi meydanı, 34-cü kvartal
Üzeyir Hacıbəyov

(məqaləsi)

2009 Üzeyir Hacıbəyov küçəsi, 34-cü kvartal Vaqif Nəzirov

Büst abidələri

redaktə
Şəxs Ucaldıldığı il Yeri Müəlliflər

 (memarlar; heykəltaraşlar)

Şəkil Qeyd
Cəfər Cabbarlı

(məqaləsi)

1968 Cəfər Cabbarlı küçəsi, 5-ci mikrorayon E. Hüseynov; Y. Rəhimzadə
Əziz Əliyev

(məqaləsi)

1977 Heydər Əliyev prospekti, Tibb məktəbinin həyətində
Mikayıl Müşfiq

(məqaləsi)

1993 13-cü mikrorayon, 34 saylı orta məktəbin qarşısı  
Mətləb Quliyev

(məqaləsi)

1993 2-ci mikrorayon, 3 saylı orta məktəbin qarşısı
Zülfü Hacıyev

(məqaləsi)

1993 8-ci mikrorayon, 17 saylı orta məktəbin qarşısı
Hacı Zeynalabdin Tağıyev

(məqaləsi)

1996 Hacı Zeynalabdin Tağıyev adına qəsəbə, Şəhriyar adına mədəniyyət evi
Cəlil Məmmədquluzadə

(məqaləsi)

2003 Cəlil Məmmədquluzadə küçəsi (Sumqayıt), 6-cı mikrorayon Vaqif Nəzirov  
Heydər Əliyev

(məqaləsi)

2006 Nizami Gəncəvi küçəsi , "Yeni Azərbaycan" partiyasının binası qarşısında

Heykəllər və memoriallar

redaktə
Adı Ucaldıldığı il Yeri Müəlliflər

 (memarlar; heykəltaraşlar)

Şəkil Qeyd
Qağayı abidəsi 1964 Şəhərin girəcəyində Süleyman Hacıyev  
Sülh göyərçini abidəsi 1978 Səməd Vurğun küçəsi Vaqif Nəzirov, A. Quliyev
Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidə (Sumqayıt) 1985 H. Əliyev prospektində Vaqif Nəzirov  

İstinadlar

redaktə
  1. ↑ Sumqayıtda Heydər Əliyevin heykəli mərkəzi küçədən götürüldü — FOTO Arxivləşdirilib 2020-01-30 at the Wayback Machine. xeberle.com, 19.09.2016  (az.)

Xarici keçidlər

redaktə
  • Sumqayıt şəhərində olan bağ-park, monumental və xatirə abidələri Arxivləşdirilib 2016-11-04 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sumqayıtdakı_heykəllərinin_siyahısı&oldid=7408186"
LOVE.AZ