"Sunny" (晴る, Haru?, hərf. "Günəşli") – Yaponiya musiqi duosu "Yorushika" tərəfindən buraxılmış sinql. Mahnı 5 yanvar 2024-cü ildə buraxılmış və "Frieren: Beyond Journey's End" anime serialının ikinci açılış mahnısı olmuşdur. Mahnı "Billboard Japan Hot 100" hit-paradında 8-ci yerə yüksəlmişdir.[1]
"Sunny" | ||||
---|---|---|---|---|
![]() | ||||
"Yorushika" tərəfindən ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 5 yanvar 2024 | |||
Janr | J-pop, anison | |||
Dil | yaponca | |||
Müddət | 4:30 | |||
Prodüser | N-buna | |||
Sözlərin müəllifi | N-buna | |||
Studiya | Polydor Records | |||
"Yorushika" sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
"Sunny" — YouTube platformasında
|
22 dekabr 2023-cü ildə "Frieren" animesinin 16-cı seriyası – "Uzunömürlü dostlar" yayımlandıqdan sonra animenin dördüncü treylerində "Sunny" mahnısından bir parça daxil edilmişdir. Beləliklə, "Yorushika" qrupu tərəfindən animenin ikinci açılış mahnısının ifa olunacağı məlum olmuşdur.[2] Mahnı rəqəmsal formatda 5 yanvar 2024-cü ildə – animenin 17-ci seriyası "Özünüzə yaxşı baxın" ilə eyni vaxtda buraxılmışdır.[3]
"Yorushika" qrupunun üzvü və mahnı yazarı N-buna müsahibəsində bildirmişdir ki, "Sunny" mahnısı "günəşli olmayan havalarda günəşli günlər üçün ümid etmək" haqqında bir mahnıdır.[4] "Real Sound" tənqidçisi Ryohey Ohara qeyd etmişdir ki, "Sunny" animenin birinci açılış mahnısı olan "Yūsha" mahnısına nəzərən daha abstraktdır, lakin "animeyə daha çox uyğun gəlir".[5] Eyni saytdan Erio İşii mahnının "sadəcə hekayəni nəql etmədiyini, həm də dinləyiciyə güclü mesaj ötürdüyünü" qeyd etmişdir.[6]
Mahnı üçün animasiyalı musiqi videosu 5 mart 2024-cü ildə buraxılmışdır. Videonun rejissoru Kota Moriedir. O, daha öncə qrupun bir neçə musiqi videosu üzərində işləmişdir.[7] Videonun mahnı ilə eyni vaxtda buraxılması planlaşdırılsa da, "Yorushika" qrupu keyfiyyəti qorumaq üçün iki ay sonra buraxılmasını istəmişdir.[8] Haruki Murakaminin 1985-ci ildə nəşr olunmuş "Bərk bişmiş möcüzələr ölkəsi və dünyanın sonu" romanından təsirlənən video keçilməz divarlarla əhatə olunan qəsəbədə yaşayan uşaq və atasının hekayəsinin bəhs edir.[9] "Frieren" animesindən səhnələrin yer aldığı xüsusi musiqi videosu 29 martda buraxılmışdır.[10]