Türkiyə Kommunist Partiyası/Marksist–Leninist (türk. Türkiye Komünist Partisi/Marksist-Leninist, qısaldılmış TKP/ML) — Türkiyədə hökumətə qarşı xalq müharibəsinin maoçu hərbi strategiyasında iştirak edən marksist–leninist–maoçu üsyançı təşkilatş 1972-ci ildə silahlı mübarizə aparmaq istəyən İbrahim Qaypaqqaya tərəfindən TKP (ML) olaraq təşkil edilən Türkiyə İnqilabçı Fəhlə və Kəndlilər Partiyasının bir qrup keçmiş üzvü tərəfindən təsis etmişdir.
Türkiyə Kommunist Partiyası/Marksist–Leninist | |
---|---|
![]() | |
Quruluş tarixi | 1972 |
Saytı | partizan-online.net |
![]() |
TKP/ML Marksist–Leninist Partiya və Təşkilatların Beynəlxalq Konfransında iştirak edir. Türkiyə dövləti tərəfindən terror təşkilatı kimi tanınmışdır.
17 may 1985-ci ildə TKP/ML İstanbulda milyonlarla televiziya tamaşaçısına axşam xəbərlərinin saundtrekini əvəz edərək təbliğat mesajı vermişdir.[1] 2 fevral 2011-ci ildə Tuncelidə TİKKO-nun beş partizanı uçqun nəticəsində həlak olmuşdur.[2] 26 iyul 2013-cü ildə Tunceli vilayətində su elektrik stansiyasının tənzimləyicisinin nəzarət binası TİKKO silahlıları tərəfindən bombalanmışdır.[3]