. Love.az

Turkiye Quru Qosunlari Herbi Mektebi - Wikipedia - Love.az

Ana Səhifə - Turkiye Quru Qosunlari Herbi Mektebi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Türkiyə Quru Qoşunları Akademiyası — Türkiyədə Milli Müdafiə Universiteti nəzdində Ali Hərbi Təhsil müəssisəsidir.

Milli Müdafiə Universiteti Quru Qoşunları Məktəbi
Loqonun şəkli
Şüar "Yıldızların irfan yuvası"
Əsası qoyulub 1824
Tip hərbi məktəb
Direktor İzzət Çətingöz
Tələbə sayı 4.000
Müəllim sayı 150
Şəhər Ankara
Ölkə
  •  Türkiyə
Sayt kho.edu.tr
Xəritə
39°54′33″ şm. e. 32°50′43″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaranması

redaktə

Məktəbi Hərbiyəyi Şəhanə, Sultan II. Mahmudun əmri ilə 1834-cü ildə qurulmuşdur. Başlanğıcda təhsilin bütün pillələrində fəaliyyət göstərən Hərbiyə, ilk məzunlarını 1841-ci ildə verə bilmişdir.1845-ci ildə Hərbi Liseylərin qurulması və eyni il edilən proqram inkişaf etdirmə çalışmaları nəticəsində Hərbiy ə, təhsil müddəti 4 il olan bir orta ixtisas məktəbi adını qazanmışdır. Hərbiyə, 1908-ci ilə qədər keçən müddət ərzində xüsusilə piyada və süvari zabitlərini yetişdirmişdir.1905-ci ildə beş ordu mərkəzində açılmış Ədirnə, Monsatr, Ərzincan, Şam və Bağdad Hərbi Məktəbləri qısa bir müddət ərzind ə bağlanmışdır. Bundan sonra İstanbuldaki Hərbiyə Məktəbi, təlim və tədrisə davam etmişdir. Ard-arda baş vermiş müharibələr zamanında sürətləndirilmiş bir təhsil proqramı təşkil edərək cəbhələrə zabit yetişdirən Hərbiyə, Mütarəkə zamanında 1 iyul 1920-ci ildə Ankarada Abidin Paşa Köşkündə təhsil və təlimə başlamışdır. Hərb Məktəbi, ilk məzunlarını 1920-ci ildə vermişdir. Lozan Müqaviləsinin imzalanmasından sonra Hərb Məktəbi, təkrardan İstanbulda təhsilə başlamışdır. Quru Qoşunlar Məktəbinin yeri 25 Snetyabr 1936-cı il tarixdə Ankaraya köçürülərək yeni təhvil verilmiş binasında təhsilə başlamışdır. İki il olan təhsil müddəti 1948-ci ildə 3 il, 1963-cü ildə 2 il və 1971-ci ildə 3 il olaraq hazırlanmışdır.1974-cü ildən etibarən 4 illik bakalavr təhsili proqramına başlamışdır.

İxtisaslar

redaktə
  1. Piyadaçı
  2. Tankçı
  3. Artilleriya mütəxəssisi
  4. Hava Hücumundan Müdafiə mütəxəssisi
  5. Quru Havaçılıq mütəxəssisi
  6. İstehkamçı
  7. Kəşfiyyatçı
  8. Rabitəçi
  9. Maddi-Texniki Təminat mütəxəssisi
  10. Texnikaya qulluq üzrə mütəxəssis
  11. Şəxsi heyətlə iş üzrə mütəxəssis
  12. Maliyyəçi
  13. Topoqraf

Döyüş Bayrağı

redaktə

Hal-hazırda istifadə edilən Quru Qoşaunlar Məktəbi Döyüş Bayrağı 2001-ci ildə qəbul edilmişdir. Döyüş Bayrağının üstündəki 1834-cü il məktəbin yarannma tarixi, çarpaz qılınc zabit olmağı, çələng zabitliyi, günəş şüalı Atatürk portreti özü də Quru Qoşunlar Məktəbi məzunu olan Atatürkün hərbi məktəb müdavimlərinə və Türkiyəyə yaydığı çağdaş fikirlərə işarə edir. Bayrağın rənginin qırmızı olması isə Türkiyə Cümhuriyyəti bayrağını və Quru Qoşunlar Məktəbi məzunlarından olan şəhidləri göstərir.

Türkiyə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
   Məktəb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Türkiyə_Quru_Qoşunları_Hərbi_Məktəbi&oldid=8005123"
LOVE.AZ