Türkiyə musiqisi — Orta Asiya xalq musiqisindən tutmuş Avropanın klassik musiqi janrlarına kimi çox musiqi janrlarını əhatə edir.
Türkiyə türklərinin xalq çalğı alətləri 4 qrupa bölünür [1][2]:
Azərbaycan musiqisi ilə müqaisədə, Türkiyə musiqisində simfonik makam, makam-cazz janrları yoxdur, milli opera və baletləri nisbətən azdır.
Türk xalq musiqisində 3 cür türkü ayırd edilir [3][4]:
Türkiyədə bir neçə Türk xalq musiqisi xorları fəaliyyət göstərir [5]:
Rəqslər bir neçə qrupa bölünür [6]:
Türkiyənin əski çağlardan gəlib çıxan ucsuz-bucaqsız layla zənginliyi var. Maraqlıdır ki, Türkiyənin Qars və Ərzurum, Azərbycanda, eləcə də fars danışıq dilində bu qavramı ifadə etmək üçün "laylay" sözü işlədilir. Türkiyənin digər bölgələrində "ninni", Fars yazılı dilində "nanu", İtalyanca “ninna-nanna”, Yunanca “nannarismata” kəlimələri istifadə olunur [7].
Aşıq şeirləri 2 böyük qrupa ayrılır [9]:
Günümüzə gəlib çıxan oğuz aşıq dastanları bunlardır: Dədə Qorqud, Koroğlu, Aşıq Qərib, Əsli və Kərəm, Tahir və Zöhrə, Fərhad və Şirin və s.[10]
2009-cu ildə Türkiyə aşıq musiqisi UNESCO-nun Bəşəriyyətin Şifahi və Toxunulmaz Mədəniyyəti Listəsinə daxil olub [11].
Dini mahnılar da bir neçə cür olur [14]:
2010-cu ildə Türkiyə semahları UNESCO-nun Bəşəriyyətin Şifahi və Toxunulmaz Mədəniyyəti Listərinə daxil olub [15].
Azərbaycan muğam musiqisində klassik qədim Şərq muğamlarından (makamlarından) indiki zamanadək 7 əsas muğam gəlib çıxıbsa, çağdaş Türkiyə musiqisində əsas makamların sayı 13-ə çatır [16]
Azərbaycandan fərqli olaraq, Türkiyədə makamlar həm təksəsli, həm də çoxsəsli ifa olunur. Hazırda bir neçə klasik Türk musiqi xorları fəaliyyət göstərir [17]:
Türkiyədə ilk opera və balet truppası 1542-ci ildə İstanbulda yaşayan xarici elçilərin əyləncələri olaraq qeydə alınır. III Səlim vaxtından başlayaraq batılaşma (qərbləşmə) meyilləri hərbi, təhsil və mədəniyyət sahələrində artmışdır.[21]
XIX yüzildə İstanbulda İtalyan operetta truppaları konsert və tamaşalar verirdi. İtalyan bəstəkarı Vittorio Rediglia Türk makamları motivlərin əsasında 1918-ci ildə komik "Şaban" operasını yazır, opera ilk dəfə Vianada oynanılır.
Musiqi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |